Mobil versiya
Bakının mərkəzində cinayətkarlar peyda oldu – POLİS YAXALAYA BİLMİR
Tarix: 12-03-2019 | Saat: 14:59
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bakının mərkəzində cinayətkarlar peyda oldu – POLİS YAXALAYA BİLMİR


Bakının Tbilisi prospektində oğrular peyda olub.

Bakupost.az xəbər verir ki, Tbilisi prospekti 76 ünvanında gecələr maşınların şüşələrini sındırıb oğurluq edən şəxslər ortaya çıxıb.
Küçədə maşın saxlayan şəxslər səhər maşınlarına yaxınlaşdıqda şüşələrinin sındırıldığını və maşındakı dəyərli əşyalarının və ya pula dəyən hər şeyin oğurlandığını görürlər. Küçənin giriş və çıxışında heç bir müşahidə kamerası olmadığı üçün oğruların kimliyini müəyyənləşdirmək uzun müddətdir mümkün deyil.

Adıçəkilən küçədə ən son belə dələduzluq faktı isə martın 12-də gecə saatlarında olub. Belə ki, ərazidə saxlayan maşınlardan 3-nün şüşələri sındırılıb və içərisindən dəyərli əşyalar oğurlanıb.

Hadisə yerində olan polis əməkdaşları Bakupost.az-a bildirib ki, oğruların kimliyini müəyyənləşdirməyə çalışırlar.

Ərazidə maşın saxlayan şəxslər bildirir ki, bu küçədə daha əvvəl də dəfələrlə belə hal baş verib: "Əvvəllər də belə oğurluq halları baş verib. Son 4-5 ayda 10-15 dəfə belə oğurluq olub. Küçədə kamera da yoxdu deyə polis də heç nə edə bilmir. Bu qədər hadisədən sonra paytaxtın mərkəzi prospektlərindən biri olan bu küçəyə kamera da yerləşdirilmir. Sabah burada adam da bıçaqlasalar, cinayətkarı tapmaq olmayacaq”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024