Mobil versiya
Millət vəkili: Prezident tapşırıq verib ki, 3 yaşa qədər uşaqlara müavinətin artırılması məsələsinə baxılsın
Tarix: 12-03-2019 | Saat: 11:21
Bölmə:Manşet / Gündəm | çapa göndər

Millət vəkili: Prezident tapşırıq verib ki, 3 yaşa qədər uşaqlara müavinətin artırılması məsələsinə baxılsın


Prezident İlham Əliyev tərəfindən Azərbaycanda son iki ay ərzində inqilabi addımlar atılıb.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, bunların hər biri Azərbaycan əhalisinin güzəranının yaxşılaşdırılmasına xidmət edir.

Millət vəkilinin sözlərinə görə, minimum əməkhaqqının, pensiyaların və tələbələrin təqaüdlərinin, Qarabağ əlillərinə verilən müavinətlərin artırılması əhalinin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edir: “Prezident İlham Əliyev bildirib ki, bu addımlar davamlı olacaq. Dövlət başçısı tapşırıq verib ki, 3 yaşa qədər uşaqlara verilən müavinətin artırılması məsələsinə baxılsın. Bəzi hallarda bununla bağlı məsələlər mətbuatda fərqli təqdim olunur. Bu, düzgün deyil. Hamı bilməlidir ki, sosial məsələlər dövlətin diqqət mərkəzindədir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024