Nikah öncəsi psixoloji uyğunluq yoxlanıla bilər - TƏKLİF
Tarix: 11-03-2019, 15:44 | Saat: 15:47:00
Bölmə:Maraqlı | çapa göndər

Nikah öncəsi psixoloji uyğunluq yoxlanıla bilər - TƏKLİF


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi evlənmək istəyən şəxslərin nikah öncəsi tibbi müayinəsi ilə yanaşı, psixoloji uyğunluğunun yoxlanılmasını da təklif edir.

Bu təşəbbüslə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın sözlərinə görə, şəxslər arasında daha çox düzgün seçimin edilməməsi, düşüncə və psixoloji fərqin mövcudluğu boşanma hallarına səbəb olur:

"Buna görə də nikah öncəsi tibbi müayinə ilə yanaşı ailə quracaq gənclərin müvafiq psixoloji uyğunluğunun yoxlanılması olduqca vacibdir. Bu istiqamətdə "Ailə psixoloqu" İnstitutunun yaradılmasına, əhalinin bu xidmətdən geniş istifadəsi üçün zəruri tədbirlərin görülməsinə ehiyac var. Bu barədə hazırladığımız "Ailə strategiyası"nda da tədbirlər nəzərdə tutulub. Bu sənədin qəbul edilməsi əhalinin həmin xidmətdən istifadəsi üçün imkanlar yaradacaq".

Qeyd edək ki, Ədliyyə Nazirliyindən Trend-ə bir müddət əvvəl bildirilib ki, Azərbaycanda nikahın pozulmasının əsas səbəbləri ər-arvadın bir-biri ilə xasiyyətlərinin tutmaması, xəyanət, qısqanclıq, maddi çətinlik, mənzilin olmaması, ailədaxili zorakılıq, ailə münasibətlərinin pozulması, uşaqların olmaması, sərxoşluq, narkomaniya, xəstəlik və digər hallarla bağlıdır. (Trend)

aia.az



551 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-03-2019
18-03-2019
«    Март 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}