Mobil versiya
DİN-dən vətəndaşlara görə canından keçən polislə bağlı – AÇIQLAMA
Tarix: 04-07-2015 | Saat: 13:55
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


“Çox təəssüf ki, o, bu zaman öz həyatını da itirib”.

Daxili İşlər Nazirliyi iyulun 3-də bir polis əməkdaşının dənizdə batması hadisəsinə aydınlıq gətirib.

Aia.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Report-un sorğusuna cavab olaraq bildirib ki, DİN-in daha bir əməkdaşı insanların təhlükəsizliyi naminə növbəti qəhrəmanlığa imza atıb:

“Çox təəssüf ki, o, bu zaman öz həyatını da itirib. Belə ki, iyulun 3-də saat 20 radələrində Suraxanı Rayon Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Zaur Nurəliyev xidmətdən sonra öz ailə üzvləri ilə birlikdə Xəzər rayonu ərazisindəki Şüvəlan dəniz çimərliyində olarkən iki nəfərin suda boğulduğunu görüb”.

E.Zahidovun sözlərinə görə, polis əməkdaşı dərhal, tərəddüd etmədən onları xilas etmək üçün özünü suya atıb: “Boğulmaqda olanlardan birini ölümün pəncəsindən qurtaran polis, onu sahilə çıxarıb və yenidən geri qayıdıb. Bu dəfə artıq yorulmuş və taqətdən düşmüş xilaskar polis, boğulmuş ikinci şəxsi sahilə qədər gətirə bilməyib, onunla birlikdə suda boğularaq öz həyatını da itirib...

Hadisə yerinə gələn xilasedicilər öz qəhrəmanlığı ilə bütün gənclərimizə örnək olan polis serjantı Zaur Nurəliyevin və onun köməyinə getdiyi Bakı şəhər sakini Səfər Səfərlinin meyitlərini sudan çıxararaq böyük ehtiramla və eyni zamanda dərin təəssüf hissi ilə öz yaxınlarına təhvil veriblər”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024