Mobil versiya
Son iki ayda 1529 əlilə reabilitasiya xidmətləri göstərilib
Tarix: 09-03-2019 | Saat: 17:08
Bölmə:Ölkə | çapa göndər

Son iki ayda 1529 əlilə reabilitasiya xidmətləri göstərilib


2019-cu ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin bərpa mərkəzlərində 1529 əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib.

Nazirlikdən aia.az-a verilən məlumata görə, qeyd olunan dövrdə Xidmətin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 2098 nəfər əlilliyi olan şəxs (o cümlədən, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 272 nəfər) protez-ortopedik bərpa xidmətləri ilə təmin edilib. Həmin şəxslərə 125 əlil arabası, 184 aşağı və yuxarı ətraf, habelə döş protezi, 186 yuxarı və aşağı ətraf ortezi, 1400 müxtəlif reabilitasiya vasitəsi, 1379 cüt ortopedik və protez ayaqqabı, 242 dördayaqlı dayaq vasitəsi, 190 cüt qoltuqaltı ağac, 343 cüt dirsəkaltı ağac və s. verilib.

Ümumilikdə isə əlilliyi olan şəxslərin 5841 reabilitasiya vasitəsi ilə təminatı həyata keçirilib. 146 nəfərə Mərkəzin stasionar bölməsində reabilitasiya xidmətləri göstərilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024