Mobil versiya
Qubada qızıl oğurlayan keçmiş məhkum və tanışı saxlanılıb
Tarix: 09-03-2019 | Saat: 17:05
Bölmə:Cəmiyyət | çapa göndər

Qubada qızıl oğurlayan keçmiş məhkum və tanışı saxlanılıb


Qubada qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Qubada yaşayan bir qadın Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən oğurluq olması barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən ümumi dəyəri 1500 manata yaxın olan 3 ədəd qızıl üzük, 1 ədəd qızıl qolbağ və 1 ədəd mobil telefon oğurlandığı müəyyən edilib.

RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər oğurluğa görə məhkum məhkum olunmuş 26 yaşlı Teymur Əliyev və tanışı Xaçmaz rayon sakini 24 yaşlı Yaşar Əhmədov oğurluq hadisəsindən bir gün sonra rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğruluq hadisəsini etiraf edərək, oğurluq nəticəsində əldə etdikləri qızıl-zinət əşyalarını Xaçmazda qızıl alqı-satqısı məntəqələrinin birində dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024