Mobil versiya
Gömrükçülər narkotik vasitə aşkarladı
Tarix: 09-03-2019 | Saat: 12:59
Bölmə:Cəmiyyət | çapa göndər

Gömrükçülər narkotik vasitə aşkarladı



Gömrükçülər narkotik vasitə aşkarlayıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən aia.az-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay” gömrük postuna Gürcüstan istiqamətindən daxil olan "Scania” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. Baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı sürücü oturacağının üzərində, avtomobilin konstruksiyasında nəzərdə tutulmuş yataq dəstinin altından gömrük nəzarətindən gizlədilmiş bir ədəd kağız bükülünün içərisində çəkisi 4 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024