Mobil versiya
İcra başçısının müavininin qətlə yetirilən bazarkomdan yazdığı ərizənin surəti yayıldı
Tarix: 07-03-2019 | Saat: 13:39
Bölmə:Manşet / Ölkə | çapa göndər

İcra başçısının müavininin qətlə yetirilən bazarkomdan yazdığı ərizənin surəti yayıldı


AzTimes.az xəbər verir ki,Xaçmaz bazarının müdirəsi, uzun illər müəllimə işləmiş, şairə, ziyalı xanım Nəcibə Babayevanın qətli ilə bağlıYeni təfərrüatlar ortaya çıxıb. Jurnalist-araşdırmaçı Cəmil Məmmədlinin öz facebook hesabı üzərindən etdiyi paylaşım qanları dondurur. Hər yerdən ümidi kəsilmiş ailəyə kömək məqsədi ilə yola çıxan C.Məmmədlinın yekunlaşan araşdırmasının nəticələrini hissə-hissə ictimaiyyətin diqqətinə çatdırırıq.

“Onu da qeyd edim ki, birinci mərhələdə yalnız əlimdə olan danılmaz faktları təqdim etməyi düşünürəm.İkinci mərhələdə isə, bütün bu faktlar barəsində yerli əhalinin, zərərçəkən ailənin, sonda isə öz yanaşmamı təqdim edəcəyəm.

2010-cu ilin, sentyabr ayının 15-də, öz evində vəhşicəsinə qətlə yetirilən Nəcibə Babayevanın qatili və ya qatilləri, qətlin sifarişçiləri bu günə kimi tapılmasa da, ailə hazırda da böyük bir təhlükə qarşısında qaldıqlarını bildirirlər.

Buna görə hətta qətlə yetirilmiş şairənin qızı Gülnarə Həbibova ölkə başçısına və Baş prokurorluğa da müraciət edərək, analarının qatilinin tapılmasını və ailəyə qarşı davam edən təzyiq və təhdidlərin durdulmasını xahiş ediblər.
Beləliklə, ailənin düşdüyü durum olduqca acınacaqlı olmaqla yanaşı, həm də faciəvidir. Ona görə də, kifayət qədər uzun müddət müstəqil jurnalist fəaliyyəti ilə məşğul olan bir vətəndaş kimi, təmənnasız olaraq, bu qətli araşdırmaqla, həm də qətlə yetirilən Nəcibə xanımın ailəsinə, onların tək olmadıqlarını, istənilən halda, istənilən situasiyada, həmişə məzlumun, haqqın yanında yer aldığımı bildirmək istədim.

Əvvəla onu qeyd edim ki. Hamımızın bildiyi kimi, 15 sentyabr 2010-cu ildə “Arzu” MMC-nin təsisçisi və direktoru Nəcimə Babayeva yaşadığı evdə, vəhşicəsinə qətlə yetirilib.
Xaçmaz Rayon Prokurorluğunda fakt üzrə Cinayət Məcəlləsinin 120.1-ci – qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlansa da, bizə məlum olan səbəblərdən, iş üzrə istintaqın davam etdirilməsi, 20 sentyabr 2010-cu il tarixdən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılıb.

Cəmiyyətə açıqlanan, hələki hamımıza məlum olan budur ki, 2010-cu il sentyabrın 15-də 08:45-də Nəcimə Babayeva, xadimə Məlahət Məmmədova ilə mobil telefonla əlaqə saxlayaraq, sonuncudan onlara gəlib mənzildə təmizlik işləri aparmasını xahiş edir. Məlahət Məmmədova 10:35-də Nəcimə Babayevanın yaşadığı ünvana gəlir, həmin vaxt evin həyət darvazasının qapısı açıq olduğundan, heç kəsi çağırmadan, evə daxil olur və bu zaman 1-ci mərtəbədə, mətbəxdə qan gölməçəsinin içində Nəcimə Babayevanın meyitini görərək qışqırıb küçəyə qaçır. Xadimənin səsinə evin 2-ci mərtəbəsində yatan Nəcimə Babayevanın qızı Gülnarə Həbibova yuxudan ayılıb. 1-ci mərtəbəyə düşüb və mətbəxdə anasının meyitini görür.

Məhkəmə tibb ekspertizası, mərhum Nəcimə Babayevanın boğazının kəsilərək qətlə yetirilməsi haqda rəy verir.
Yuxarıda qeyd etdiyim kimi, ilkin mərhələdə ancaq əlmdə olan faktları, sənədləri təqdim etməyi planlaşdırıram. Ona görə də, bu olayın yaşanma səbəblərini, bazar və bazara rəhbərlik edən ailənin düşdüyü olduqca çətin vəziyyətləri, situasiyaları barədə ətraflı məlumat təqdim etmək üçün mövzuya, o zaman Xaçmaz Rayon İcra hakimiyyəti başçısının birinci müavini, hazırda Xudat şəhər İcra Nümayəndəsi vəzifəsində çalışan Akif Mərdanovun, o zaman Xaçmaz rayon prokuroru işləmiş Rasim Məlikova ünvanlanan məktubundan başlayıram.

Onu da qeyd edim ki, rayon rəhbərliyində işləyən Akif Mərdanov, Şəmsəddin Xanbabayevin, rayona icra hakimiyyəti başçısı vəzifəsinə təyinatından 3 il sonra, sadə vətəndaş kimi müraciət edərək, prokurora bazardakı vəziyyətin “son üç ildə şəhərdə aparılan tikinti abadlıq işlərinə” yaraşdırmadığını deyir və Nəcibə Babayevanı öz vəzifə səlahiyyətlərini aşmaqda ittiham edir.

Həmçinin şikayət ərizəsində prokurordan xahiş edir ki, qısa müddət ərzində, “çirkab içində boğulan” ticarət mərkəzinin fəaliyyəti dayandırılsın, Nəcibə Babayevə öz “qanunsuz əməllərinə” görə cəzalandırılsın və əvəzində isə bazarın ərazisində Xaçmazın bu günki “simasına” uyğun ticarət mərkəzi yaradılsın…
(fotoda – Nəcibə Babayevanın, Akif Mərdanovun ərizəsindən əli ilə köçürdüyü şikayətin mətnidir. O zaman hətta bu ərizənin surətini belə şairəyə vermədikləri üçün, ancaq əli ilə üzünü köçürməyə imkanı olub).
P.S. Məktub olduqca savadsız və dolaşıq yazıldığı üçün məsuliyyət mənim deyil. Qeyd edim ki, peşə etikasına uyğun olaraq, bir icra başçısının birinci müavininin yazdıqlarına toxunmadan olduğu kimi təqdim edirəm. Yazıdakı dolaşıq fikirlər və cümlələr Akif Mərdanova məxsusdur və tərəfimdən redaktə edilməyib.

Məktubun tam mətni belədir:

Xaçmaz rayon prokuroru
cənab Rasim Məlikova,
Xaçmaz şəhəri, Gənclik
küçəsi,
34 saylı evdə yaşayan

Mərdanov Akif Teyfur oğlu
tərəfindən

ƏRİZƏ
Həmin ərizəmlə yazıb sizə bildirirəm ki, son illər Respublikamızın hər yerində olduğu kimi Xaçmaz Rayonunda da geniş miqyaslı tikinti quruculuq və abadlıq işləri aparılır.
Son 3 il ərzində görülmış işlərin nəticəsidir ki, bu gün Xaçmaz rayonuna gələn hər bir qonaq şəhərimizin gözəlliyinə heyran olur.
Demək olar ki, şəhərin bütün ərazisində yenidənqurma, səliqə-səhman yaradılır.Lakin çox təəssüflər olsun ki, bu gün Xaçmaz şəhər Mərkəzində 1 hektara yaxın ərazidə fəaliyyət göstərən, çirkab və üfunət içində boğulan “Arzu” Özəl Ticarət Mərkəzi, Xaçmaz şəhərinin gözəlliyinə xələl gətirir. Cənab Prezidentimizin rəhbərliyi ilə respublikamızda sahibkarlığın inkişafı üçün geniş şərait yaradılıb. Əvvəllər kolxoz bazarı kimi fəaliyyət göstərmiş, sonradan N.Babayeva adlı bir şəxs tərəfindən əmlakı özəlləşdirilərək “Arzu” ÖTM yaradılanda. Hər birimiz inanırdıq ki, ərazidə gözəl bir ticarət mərkəzi yaradılacaq, xaçmazlılar Ticarət Mərkəzinin xidmətindən istifadə edəcəklər. Lakin Xaçmazlılar yanılıblar.
Ticarət Mərkəzində lentə aldığım fotoşəkilləri sizə təqdim edirəm. Diqqətlə baxın: N.Babayevanın rəhbərliyi ilə ticarət mərkəzində özbaşınalıq yaradılmışdır ki. Gün ərzində 900 nəfərdən çox xırda ticarətlə məşğul olan vətəndaşlardan heç bir əsas olmadan 1 manat məbləğində, məcburi qaydada mərkəzin direktoru Nəcibə Babayevanın göstərişinə əsasən pul yığılır. N.Babayeva öz vəzifəsindən sui-istifadə edərək piştaxtaların ölçüsündən asılı olaraq, hər ayın sonunda hər bir satıcıdan 30 manatdan, 200 manata kimi pul alır. N.Babayevanın özbaşınalığı o həddə çatıb ki, hətta ticarət mərkəzinə aid olmayan kooperativlər cəmiyyətinə məxsus köşklərə də məcburi qaydada, onun qoyduğu qanun tətbiq olunur. Ümumiyyətlə ticarət mərkəzində və ona yaxın ərazilərdə onun tətbiq etdiyi bu qanuna əməl etməyəni məcburi qaydada ya ticarət mərkəzindən qovur, ya da ki, N.Babayevanın heç bir əsası olmayan təhqirlərinə və böhtanlarına məruz qalır.
Cənab prokuror! Əyər N.Babayeva öz vəzifə səlahiyyətlərindən sui istifadə edərək işlədiyi dövr ərzində zor gücünə topladığı vəsaitin 10 faizini ticarət mərkəzinin aabadlığına sərf etsəydi, bu gün o ərazidə belə bir biyabırçı vəziyyət alınmazdı. Yaranmış vəziyyətdən bəlli olur ki, toplanmış vəsait mərkəzin kassasına daxil edilmir, N.Babayeva tərəfindən mənimsənilir.
N.Babayeva işlədiyi dövr ərzində, öz vəzifə səlahiyyətlərindən istifadə edərək. O qədər var-dövlət sahibi olub ki, artıq hər yerdə bəyan edir ki, “mən heç bir qanun tanımıram”, “heç kəsdən qorxmuram, çəkinmirəm.” əgər N.Babayeva bu gün Azərbaycan Respublikasında mövcud olan qanunlara hörmətlə yanaşsaydı, “Arzu” ÖTM-də özünün icad etdiyi “üzdəniraq” qanunlarını tətbiq etməzdi. N.Babayeva özünü şairə adlandırır. Yaxşı olardı ki, N.Babayeva “Arzu” ÖTM-nin dırnaqarası gözəlliyinə həsr olunmuş şer bəstələrdi.
Bu gün əhali arasında gəzən söz-söhbətdən mənə məlum olur ki, N.Babayevanın əsas məqsədi rayon rəhbərliyinin ünvanına yazdığı qərəzli və üzdəniraq böhtanları, Xaçmaz rayon icra başçısı, hörmətli Şəmsəddin müəllimin son illər Xaçmazda Xaçmazlılar üçün gördüyü əvəzsiz işlərə kölgə salmaqdır. Ancaq o yanılıbdır. Xaçmaz bundan sonra da hörmətli Şəmsəddin müəllimin rəhbərliyi ilə daha da inkişaf edəcəkdir və abadlaşacaqdır.
Cənab prokuror! Bu gün Xaçmaz şəhərində belə bir biyabırçı Ticarət Mərkəzinin fəaliyyət göstərməsi Xaçmazlılara təhqirdir. Bütün Xaçmazlılar çox istərdi ki, qısa müddət ərzində “çirkab içində” boğulan ticarət mərkəzinin fəaliyyəti dayandırılsın. əvəzində isə Xaçmazın bu günki simasına uyğun ticarət mərkəzi yaradılsın.
Sizdən artıq dərəcədə xahiş edirəm ki, öz vəzifə səlahiyyətlərini aşmış N.Babayevanın rəhbərlik etdiyi “Arzu” ÖTM-də baş verən qanunsuzluqların araşdırılması üçün aidiyatı təşkilatlar üzrə mütəxəssislərdən ibarət komissiya yaradılsın və komissiyanın işində mənim iştirakım təmin edilsin.
Əvvəlcədən təşəkkür edirəm!

İmza: Xaçmaz şəhəri, Gənclik küçəsi, 34 saylı evin sakini Akif Mərdanov.
06.11.2007-ci il.”

Uzun olsa belə, bu məlumatı hər kəsin oxumağını və paylaşmağını xahiş edirəm…

Xaçmaz bazarının müdirəsi, uzun illər müəllimə işləmiş, şairə, ziyalı xanım Nəcibə Babayevanın qətli ilə bağlı jurnalist araşdırması apardığımı söyləmişdim. İndi isə yekunlaşan araşdırmanın nəticələrini hissə-hissə ictimaiyyətin diqqətinə çatdıracağam. Onu da qeyd edim ki, birinci mərhələdə yalnız əlimdə olan danılmaz faktları təqdim etməyi düşünürəm.

İkinci mərhələdə isə, bütün bu faktlar barəsində yerli əhalinin, zərərçəkən ailənin, sonda isə öz yanaşmamı təqdim edəcəyəm.

Onu da qeyd edim ki, 2010-cu ilin, sentyabr ayının 15-də, öz evində vəhşicəsinə qətlə yetirilən Nəcibə Babayevanın qatili və ya qatilləri, qətlin sifarişçiləri bu günə kimi tapılmasa da, ailə hazırda da böyük bir təhlükə qarşısında qaldıqlarını bildirirlər.

Buna görə hətta qətlə yetirilmiş şairənin qızı Gülnarə Həbibova ölkə başçısına və Baş prokurorluğa da müraciət edərək, analarının qatilinin tapılmasını və ailəyə qarşı davam edən təzyiq və təhdidlərin durdulmasını xahiş ediblər.
Beləliklə, ailənin düşdüyü durum olduqca acınacaqlı olmaqla yanaşı, həm də faciəvidir. Ona görə də, kifayət qədər uzun müddət müstəqil jurnalist fəaliyyəti ilə məşğul olan bir vətəndaş kimi, təmənnasız olaraq, bu qətli araşdırmaqla, həm də qətlə yetirilən Nəcibə xanımın ailəsinə, onların tək olmadıqlarını, istənilən halda, istənilən situasiyada, həmişə məzlumun, haqqın yanında yer aldığımı bildirmək istədim.

Əvvəla onu qeyd edim ki. Hamımızın bildiyi kimi, 15 sentyabr 2010-cu ildə “Arzu” MMC-nin təsisçisi və direktoru Nəcimə Babayeva yaşadığı evdə, vəhşicəsinə qətlə yetirilib.
Xaçmaz Rayon Prokurorluğunda fakt üzrə Cinayət Məcəlləsinin 120.1-ci – qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlansa da, bizə məlum olan səbəblərdən, iş üzrə istintaqın davam etdirilməsi, 20 sentyabr 2010-cu il tarixdən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılıb.

Cəmiyyətə açıqlanan, hələki hamımıza məlum olan budur ki, 2010-cu il sentyabrın 15-də 08:45-də Nəcimə Babayeva, xadimə Məlahət Məmmədova ilə mobil telefonla əlaqə saxlayaraq, sonuncudan onlara gəlib mənzildə təmizlik işləri aparmasını xahiş edir. Məlahət Məmmədova 10:35-də Nəcimə Babayevanın yaşadığı ünvana gəlir, həmin vaxt evin həyət darvazasının qapısı açıq olduğundan, heç kəsi çağırmadan, evə daxil olur və bu zaman 1-ci mərtəbədə, mətbəxdə qan gölməçəsinin içində Nəcimə Babayevanın meyitini görərək qışqırıb küçəyə qaçır. Xadimənin səsinə evin 2-ci mərtəbəsində yatan Nəcimə Babayevanın qızı Gülnarə Həbibova yuxudan ayılıb. 1-ci mərtəbəyə düşüb və mətbəxdə anasının meyitini görür.

Məhkəmə tibb ekspertizası, mərhum Nəcimə Babayevanın boğazının kəsilərək qətlə yetirilməsi haqda rəy verir.
Yuxarıda qeyd etdiyim kimi, ilkin mərhələdə ancaq əlmdə olan faktları, sənədləri təqdim etməyi planlaşdırıram. Ona görə də, bu olayın yaşanma səbəblərini, bazar və bazara rəhbərlik edən ailənin düşdüyü olduqca çətin vəziyyətləri, situasiyaları barədə ətraflı məlumat təqdim etmək üçün mövzuya, o zaman Xaçmaz Rayon İcra hakimiyyəti başçısının birinci müavini, hazırda Xudat şəhər İcra Nümayəndəsi vəzifəsində çalışan Akif Mərdanovun, o zaman Xaçmaz rayon prokuroru işləmiş Rasim Məlikova ünvanlanan məktubundan başlayıram.

Onu da qeyd edim ki, rayon rəhbərliyində işləyən Akif Mərdanov, Şəmsəddin Xanbabayevin, rayona icra hakimiyyəti başçısı vəzifəsinə təyinatından 3 il sonra, sadə vətəndaş kimi müraciət edərək, prokurora bazardakı vəziyyətin “son üç ildə şəhərdə aparılan tikinti abadlıq işlərinə” yaraşdırmadığını deyir və Nəcibə Babayevanı öz vəzifə səlahiyyətlərini aşmaqda ittiham edir.

Həmçinin şikayət ərizəsində prokurordan xahiş edir ki, qısa müddət ərzində, “çirkab içində boğulan” ticarət mərkəzinin fəaliyyəti dayandırılsın, Nəcibə Babayevə öz “qanunsuz əməllərinə” görə cəzalandırılsın və əvəzində isə bazarın ərazisində Xaçmazın bu günki “simasına” uyğun ticarət mərkəzi yaradılsın…
(fotoda – Nəcibə Babayevanın, Akif Mərdanovun ərizəsindən əli ilə köçürdüyü şikayətin mətnidir. O zaman hətta bu ərizənin surətini belə şairəyə vermədikləri üçün, ancaq əli ilə üzünü köçürməyə imkanı olub).
P.S. Məktub olduqca savadsız və dolaşıq yazıldığı üçün məsuliyyət mənim deyil. Qeyd edim ki, peşə etikasına uyğun olaraq, bir icra başçısının birinci müavininin yazdıqlarına toxunmadan olduğu kimi təqdim edirəm. Yazıdakı dolaşıq fikirlər və cümlələr Akif Mərdanova məxsusdur və tərəfimdən redaktə edilməyib.

Məktubun tam mətni belədir:

Xaçmaz rayon prokuroru
cənab Rasim Məlikova,
Xaçmaz şəhəri, Gənclik
küçəsi,
34 saylı evdə yaşayan

Mərdanov Akif Teyfur oğlu
tərəfindən

ƏRİZƏ
Həmin ərizəmlə yazıb sizə bildirirəm ki, son illər Respublikamızın hər yerində olduğu kimi Xaçmaz Rayonunda da geniş miqyaslı tikinti quruculuq və abadlıq işləri aparılır.
Son 3 il ərzində görülmış işlərin nəticəsidir ki, bu gün Xaçmaz rayonuna gələn hər bir qonaq şəhərimizin gözəlliyinə heyran olur.
Demək olar ki, şəhərin bütün ərazisində yenidənqurma, səliqə-səhman yaradılır.Lakin çox təəssüflər olsun ki, bu gün Xaçmaz şəhər Mərkəzində 1 hektara yaxın ərazidə fəaliyyət göstərən, çirkab və üfunət içində boğulan “Arzu” Özəl Ticarət Mərkəzi, Xaçmaz şəhərinin gözəlliyinə xələl gətirir. Cənab Prezidentimizin rəhbərliyi ilə respublikamızda sahibkarlığın inkişafı üçün geniş şərait yaradılıb. Əvvəllər kolxoz bazarı kimi fəaliyyət göstərmiş, sonradan N.Babayeva adlı bir şəxs tərəfindən əmlakı özəlləşdirilərək “Arzu” ÖTM yaradılanda. Hər birimiz inanırdıq ki, ərazidə gözəl bir ticarət mərkəzi yaradılacaq, xaçmazlılar Ticarət Mərkəzinin xidmətindən istifadə edəcəklər. Lakin Xaçmazlılar yanılıblar.
Ticarət Mərkəzində lentə aldığım fotoşəkilləri sizə təqdim edirəm. Diqqətlə baxın: N.Babayevanın rəhbərliyi ilə ticarət mərkəzində özbaşınalıq yaradılmışdır ki. Gün ərzində 900 nəfərdən çox xırda ticarətlə məşğul olan vətəndaşlardan heç bir əsas olmadan 1 manat məbləğində, məcburi qaydada mərkəzin direktoru Nəcibə Babayevanın göstərişinə əsasən pul yığılır. N.Babayeva öz vəzifəsindən sui-istifadə edərək piştaxtaların ölçüsündən asılı olaraq, hər ayın sonunda hər bir satıcıdan 30 manatdan, 200 manata kimi pul alır. N.Babayevanın özbaşınalığı o həddə çatıb ki, hətta ticarət mərkəzinə aid olmayan kooperativlər cəmiyyətinə məxsus köşklərə də məcburi qaydada, onun qoyduğu qanun tətbiq olunur. Ümumiyyətlə ticarət mərkəzində və ona yaxın ərazilərdə onun tətbiq etdiyi bu qanuna əməl etməyəni məcburi qaydada ya ticarət mərkəzindən qovur, ya da ki, N.Babayevanın heç bir əsası olmayan təhqirlərinə və böhtanlarına məruz qalır.
Cənab prokuror! Əyər N.Babayeva öz vəzifə səlahiyyətlərindən sui istifadə edərək işlədiyi dövr ərzində zor gücünə topladığı vəsaitin 10 faizini ticarət mərkəzinin aabadlığına sərf etsəydi, bu gün o ərazidə belə bir biyabırçı vəziyyət alınmazdı. Yaranmış vəziyyətdən bəlli olur ki, toplanmış vəsait mərkəzin kassasına daxil edilmir, N.Babayeva tərəfindən mənimsənilir.
N.Babayeva işlədiyi dövr ərzində, öz vəzifə səlahiyyətlərindən istifadə edərək. O qədər var-dövlət sahibi olub ki, artıq hər yerdə bəyan edir ki, “mən heç bir qanun tanımıram”, “heç kəsdən qorxmuram, çəkinmirəm.” əgər N.Babayeva bu gün Azərbaycan Respublikasında mövcud olan qanunlara hörmətlə yanaşsaydı, “Arzu” ÖTM-də özünün icad etdiyi “üzdəniraq” qanunlarını tətbiq etməzdi. N.Babayeva özünü şairə adlandırır. Yaxşı olardı ki, N.Babayeva “Arzu” ÖTM-nin dırnaqarası gözəlliyinə həsr olunmuş şer bəstələrdi.
Bu gün əhali arasında gəzən söz-söhbətdən mənə məlum olur ki, N.Babayevanın əsas məqsədi rayon rəhbərliyinin ünvanına yazdığı qərəzli və üzdəniraq böhtanları, Xaçmaz rayon icra başçısı, hörmətli Şəmsəddin müəllimin son illər Xaçmazda Xaçmazlılar üçün gördüyü əvəzsiz işlərə kölgə salmaqdır. Ancaq o yanılıbdır. Xaçmaz bundan sonra da hörmətli Şəmsəddin müəllimin rəhbərliyi ilə daha da inkişaf edəcəkdir və abadlaşacaqdır.
Cənab prokuror! Bu gün Xaçmaz şəhərində belə bir biyabırçı Ticarət Mərkəzinin fəaliyyət göstərməsi Xaçmazlılara təhqirdir. Bütün Xaçmazlılar çox istərdi ki, qısa müddət ərzində “çirkab içində” boğulan ticarət mərkəzinin fəaliyyəti dayandırılsın. əvəzində isə Xaçmazın bu günki simasına uyğun ticarət mərkəzi yaradılsın.
Sizdən artıq dərəcədə xahiş edirəm ki, öz vəzifə səlahiyyətlərini aşmış N.Babayevanın rəhbərlik etdiyi “Arzu” ÖTM-də baş verən qanunsuzluqların araşdırılması üçün aidiyatı təşkilatlar üzrə mütəxəssislərdən ibarət komissiya yaradılsın və komissiyanın işində mənim iştirakım təmin edilsin.
Əvvəlcədən təşəkkür edirəm!

İmza: Xaçmaz şəhəri, Gənclik küçəsi, 34 saylı evin sakini Akif Mərdanov.
06.11.2007-ci il.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024