Könül Xasıyeva səhiyyə naziri Oqtay Şirəliyevə müraciət etdi
Tarix: 7-03-2019, 10:35 | Saat: 15:47:00
Bölmə:Karusel / Manşet2 | çapa göndər

Könül Xasıyeva səhiyyə naziri Oqtay Şirəliyevə müraciət etdi


Xalq artisti Könül Xasıyeva səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edib.

Buna səbəb müğənninin oğlu Kazımın səhhətində yaranan problemlərdir.

ATV kanalında yayımlanan "Şou ATV" verilişində qonaq olan xanəndə bunları söyləyib.

"Deyirlər ki, suda boğulan saman çöpündən yapışar. Ora-bura gedirik. Arada nə qədər pul, zaman gedir. Özümü bir kənara qoyuram. Kazımın problemi getdikcə dərinləşir. O üzdən mən bizim çox hörmətli səhiyyə nazirimizə üz tuturam. Oqtay müəllimdən xahiş edirəm”.
Qeyd edək ki, xalq artisti Könül Xasıyeva uzun müddətdir onurğa xərçənginə tutulub. Xanəndə bir neçə dəfə əməliyyat olunub.Xalq artistinin12 yaşlı oğlu Kazım Turetta sindromundan əziyyət çəkir. O, bir müddət əvvəl Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsində müalicə alıb

Bir müddət bundan öncə isə Könül Xasıyeva müğənni Mətanət Əsədovanın ad günündə çıxışı zamanı həmkarları tərəfindən "şabaş” yağışına tutulmaqla gündəmi gəlib. Məclisdə bəziləri K.Xasıyevaya 100 dollar, bəziləri 100-200 manat bağışlayıb. Videoda pulları ovcunda saxlayan Könül Xasıyevanın kövrəldiyi və utandığı aydın sezilib. Sosial şəbəkələrə bu videoçarx izləyicilər tərəfindən etirazla qarşılanıb.(oxu.az)



aia.az



557 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-03-2019
18-03-2019
«    Март 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}