Mobil versiya
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci – müasir tədris üsulları uğurla tətbiq olunur
Tarix: 06-03-2019 | Saat: 12:40
Bölmə:Manşet / Təhsil | çapa göndər

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci – müasir tədris üsulları uğurla tətbiq olunur



Texnika üzrə fəlsəfə doktoru Xaləddin Ələkbərovun rəhbərlik etdiyi bu kollec əsasən kənd təsərrüfatı sahəsində çalışan mütəxəssislər hazırlamaqla, bu sahədə aparıcı mövqeylərə malik olan təhsil müəssisələrindən biridir

Məlumdur ki, hər bir xalqı mənəvi inkişafa aparan yol, onun tarixi, mədəniyyəti, şifahi və yazılı ədəbiyyatı ilə yanaşı həm də onun təhsilindən keçir. Əbəs yerə deyildir ki, Ümummilli liderimiz Heydər Əliyev bu sahəyə verdiyi önəmi xüsusi vurğulayaraq belə demişdir: “Təhsil millətin gələcəyidir”. Bu gələcək isə, təbii ki, məhz bu günümüzdə mövcud olan təhsil sisteminin təkmilləşdirilməsi yolu ilə qurulur. Etiraf etmək lazımdır ki, son illər ölkəmizdə qabaqcıl təhsil modelinin bərqərar olunması məqsədilə dövlət səviyyəsində bir çox əhəmiyyətli tədbirlər həyata keçirilir. O cümlədən, Azərbaycanda mövcud olan konkret təhsil müəssisələrinin fəaliyyət səmərəliliyinin yüksəldilməsi üçün də davamlı olaraq əsaslı islahatlar tətbiq olunur. Bu gün təhsil islahatlarının uğurla həyata keçirildiyi müəssisələrdən biri də Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecidir.



Mütəxəssis hazırlığı müasir tələblərə cavab verə biləcək səviyyədə aparılır

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci hələ 1977-də Pambıqçılıq Texnikumu kimi təsis olunmuşdur. Sonradan müəssisənin adı dəyişdirilərək Kənd Təsərrüfatı Texnikumu adlandırılmışdır. Nəhayət, 2002-ci ildə texnikum Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci adlandırılıb. Hazırda kollecdə məktəbəqədər təlim və tərbiyə; mühasibat uçotu; maliyyə işi; nəqliyyat vasitələrinin texniki istismarı (nəqliyyat növləri üzrə); nəqliyyatda daşımaların təşkili; aqrar (fermer) təsərrüfatının təşkili ixtisasları üzrə mütəxəssislər hazırlanır. Bu ixtisaslardan hər birinin həqiqətən də ictimai həyatımızın ən müxtəlif sahələrində necə vacib bir əhəmiyyət kəsb etdiyi yəqin ki, heç kəsdə şübhə doğurmur. Deməli, əsas məsələ gənclərimizin bu ixtisaslara hansı səviyyədə yiyələnə bilmələrindədir. Bax elə bu məqamda da eyni ixtisasları tədris edən müxtəlif təhsil müəssisələri arasındakı fərq məsələsi gündəmə gəlir. Aydındır ki, yeni sosial-iqtisadi münasibətlər şəraitində məşğulluq və əmək bazarı gənc mütəxəssislərin yetişdirilməsində təhsil müəssisələrinin qarşısına yüksək tələblər qoyur. Məhz bu tələblərə cavab verə bilmək üçün Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin pedaqoji kollektivi tədris və təlim proseslərini təhsilin müasir metodları ilə həyata keçirir. Bu məqsədlə kollecdə müəllimlərin, istehsalat təlimi ustaları və tələbələrin istifadəsinə laboratoriyalar, əyani vəsaitlərlə təchiz olunmuş müasir fənn kabinetləri, zəngin kitabxana, kompüter kabineti və digər resurslar verilmişdir. Tam səmimi olaraq deyə bilərik ki, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində təqdim olunan ixtisaslar üzrə yüksək səviyyəli tədrisin aparılması ücün müvafiq maddi-texniki baza və yüksək ixtisaslı kadr potensialı mövcuddur Əbəs yerə deyil ki, bu gün kollecin minlərlə məzunu həm rayonun özündə, həm də ölkənin digər bölgələrində təsərrüfatın müxtəlif sahələrində uğurla çalışırlar.



Kollecin idarəçiliyi dövlətin təhsil strategiyasına uyğun şəkildə həyata keçirilir

Qeyd etmək lazımdır ki, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin fəaliyyəti ilə bağlı rayon ictimaiyyətinin formalaşmış rəyi də kifayət qədər yüksəkdir. Əldə etdiyimiz məlumatlarda da vurğulanır ki, bu təhsil müəssisəsinə 2012-ci ildə təcrübəli mütəxəssis və pedaqoq, Texnika üzrə fəlsəfə doktoru Xaləddin Ələkbərov direktor vəzifəsinə təyin olunandan sonra, kollecdə təlim-tərbiyə işlərinin keyfiyyəti xeyli yüksəlmişdir. Elə müasir dövrdə təhsil sisteminin modernləşdirilməsinin əsas strateji istiqamətlərindən biri kimi də təhsilin keyfiyyətinin yüksəldilməsi, ona nəzarətin təkmilləşdirilməsi, fəal təlim metodlarının tətbiqi və ondan səmərəli istifadənin təşkili ən mühüm məsələlər kimi qiymətləndirilir. Məhz bu məqsədlərə nail olmaq, kollecin mövcud potensiallarını maksimum reallaşdırmaq üçün Xaləddin Ələkbərov rəhbərlik etdiyi təhsil müəssisəsində müvafiq şəraiti yarada bilmişdir. Belə ki, kollecdə bütün ilboyu keçilən dərslər dinlənilir və təhlil edilir, hər imtahan sessiyasından sonra şöbələr üzrə tədrisin vəziyyəti, nəticələri elmi-metodiki şuralarda, elmi-praktiki konfranslarda müzakirə olunur, çatışmazlıqlar araşdırılır, onların aradan qaldırılması üçün ixtisas müəllimlərinə müvafiq göstəriş və tövsiyyələr verilir. Qabaqcıl müəllimlərin təcrübəsindən istifadə edilir, onların yaradıcı fəaliyyəti qiymətləndirilir. Bütün bu tədbirlərin nəticəsidir ki, son illər ərzində bu Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinə ictimai maraq da xeyli artıb.



Birmənalı olaraq qeyd etmək olar ki, bu gün Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində tədrisin düzgün planlaşdırılması, tələbələrə göstərilən qayğı və diqqət, möhkəm nizam-intizam və tədris prosesinin şəffaflığı, demokratik ab-hava, yaradılan yeni ixtisaslar kollecin inkişafını daha da sürətləndirib və təhsil ocağının tələbələri və məzunları qarşısında yeni-yeni perspektivlər açıb

aia.az

Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024