Ağstafa rayonunda Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə tədbir keçirildi - FOTOLAR
Tarix: 5-03-2019, 18:00 | Saat: 15:47:00
Bölmə:İdman | çapa göndər

Ağstafa rayonunda Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə tədbir keçirildi - FOTOLAR



aia.az xəbər verir ki, bu gün Ağstafa rayonun Yeni Azərbaycan Partiyasının Ağstafa rayon təşkilatında "5 mart Bədən tərbiyəsi və İdman günü"nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, rayon idmançıları, hərbi təlim və idman müəllimləri, məşqçilər iştirak edirdilər.

Rayon İcra hakimiyyətinin məsul işcisi Əziz Məsmalıyev tədbiri giriş sözü ilə açaraq əlamətdar gün münasibətilə idman ictimayətinin nümayəndələrini təbrik etdi. Dövlətin digər sahələrə olduğu kimi bədən tərbiyəsi və idman sahəsinə göstərdiyi diqqət və qayğıdan, ölkəmizdə idmanın kütləviliyinin təmin olunması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər barədə geniş məlumat verdi.

Sonra rayon Gənclər və idman idarəsinin rəis müavini Kamilə Zamanova , Azərbaycan Respublikasının Prezidenti Yanında İdarəçilik Akademiyasının 4 kurs tələbəsi Musa Qocazadə və digərləri çıxış edərək ölkə rəhbəri tərəfindən respublikada idmanın kütləviliyinə nail olunması və idmanının daha da inkişaf etdirilməsi üçün aidiyyəti qurumlar qarşısında xüsusi vəzifələr qoyulduğunu qeyd etdilər. Ölkədə həyata keçirilən məqsədyönlü, davamlı sosial siyasətin idmanın inkişafında da mühüm rol oynadığını və son illərdə Azərbaycanda 50-dək yeni olimpiya idman kompleksi, bir sıra müxtəlif idman növləri üçün möhtəşəm arenalar istifadəyə verildiyi diqqətə çatdırIıldı. Tədbirdə ötən dövr ərzində idman sahəsində əldə etdikləri yüksək nailiyyətlərə görə bir qrup yeniyetmə və veteran idmançılar Ağstafa rayon Gənclər və İdman idarəsinin təsis etdiyi “Fəxri Fərman” və qiymətli hədiyyələrlə təltif olundular.

aia.az





5171 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-03-2019
18-03-2019
«    Март 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}