Mobil versiya
"Anlayışlı olmaq lazımdır" - Vitse-spiker
Tarix: 05-03-2019 | Saat: 14:30
Bölmə:Siyasət | çapa göndər

"Anlayışlı olmaq lazımdır" - Vitse-spiker


Azərbaycan əməkdaşlıq və dialoq məkanı, eləcə də dünyaya sülh çağırışı edən ölkədir.

Azvision.az xəbər verir ki, bunu parlamentin vitse-spikeri Bahar Muradova “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. O bildirib ki, buna səbəb Azərbaycanın münaqişələrə, terrora məruz qalmasıdır: “Bunları bildiyimiz üçün birgə sülhə xidmət etməyin vacib olduğunu düşünürük. Dini, siyasi, iqtisadi, mədəni əlaqələrdən, imkanlardan istifadə edərək sülh və əmin-amanlığın, təhlükəsiz bir dünyanın yaranmağına xidmət etməyi düşünür və çağırış edirik”.

O vurğulayıb ki, Azərbaycan islam ölkələri içərisində yeganə dövlətdir ki, ilk dəfə demokratik cümhuriyyət qurub: “İnsanlara etnik mənsubiyyətindən, dini inancından, siyasi dünyagörüşəndən, hansı cinsə mənsub olmasından asılı olmayaraq vətəndaşın cəmiyyət quruculuğuna cəlb olunması və bərabər hüquqlarla təmin olunması istiqamətində müsəlman şərqində ilk addım atıb. Bu bütün dünyanın, demokratik cəmiyyəti hədəf götürən insanlığın nailiyyətidir”.

B.Muradova qeyd edib ki, bu gün dinlər və konfensiyalar, xalqlar və dinlər arasında harmoniyanı, dialoqu, qarşılıqlı kömək və əməkdaşlığı əldə etmək üçün anlayışlı olmaq lazımdır: “Hüquqi dövlətin əsas işi isə tərəqqiyə və sosial iqtisadi inkişafa gətirib çıxaran cəmiyyət qurmaq və bu cəmiyyətin mərkəzi fiquru olan insan rifahını təmin etmək üçün çalışmaqdır. Azərbaycan da dayanaqlı inkişaf məqsədlərinə çox geniş əməl edir. Bu məqsədlər içərisində dini və etnik, mədəniyyətlərarası dialoqun əməkdaşlığa keçidi çox vacibdir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024