Mobil versiya
Pentaqondan Ankaraya “S-400” xəbərdarlığı
Tarix: 5-03-2019, 13:20 | Saat: 15:47:00
Bölmə:Dünya | çapa göndər

Pentaqondan Ankaraya “S-400” xəbərdarlığı



ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rusiyadan “S-400” zenit-raket komplekslərini tədarük etməyə hazırlaşan Türkiyəyə xəbərdarlıq edərək bildirib ki, Moskva ilə sazişi ləğv etməyəcəyi təqdirdə Ankaranı ağır nəticələr gözləyəcək.

Azvision.az xəbər verir ki, bu barədə pentaqonun sözçüsü Erik Pahon “Ahval” qəzetinə açıqlamasında deyib.

“Türkiyənin öz hava məkanının müdafiəsini gücləndirmək istədiyinin fərqindəyik, amma Rusiyaya məxsus “S-400” zenit-raket komplekslərinin alışı ABŞ ilə Türkiyənin müdafiə sahəsindəki əməkdaşlığında ağır nəticələr doğuracaq” – Pahon vurğulayıb.

Pentaqonun nümayəndəsi onu da bildirib ki, Türkiyənin hava hücumundan müdafiə qabiliyyətinin təkmilləşdirilməsi üçün alternativ variantlar axtarışındadırlar: “Bu məsələ ilə bağlı açıq dialoq aparırıq. Amma bundan əvvəl də vurğulamışdıq ki, önəmli müdafiə sistemlərinin alışı zamanı onların NATO çərçivəsindəki əməliyyat uyğunluğunun təmin edilməsi vacibdir”.

aia.az



5137 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}