Mobil versiya
Mübariz Qurbanlı: Azərbaycanda 909 dini icma qeydiyyatdan keçib
Tarix: 05-03-2019 | Saat: 12:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Mübariz Qurbanlı: Azərbaycanda 909 dini icma qeydiyyatdan keçib


Azərbaycan dinlərin, mədəniyyətlərin qovşağı olan özünəməxsus bir dövlət kimi dünyaya öz modelini nümayiş etdirir.

Oxu.Az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan dinlərarası münasibətlərin, mədəniyyətlərin həyata keçirilməsində mühüm rol oynayır.

“Bakı şəhəri bu mövzuların müzakirəsinin mərkəzi kimi çıxış edir. Azərbaycanda 909 dini icma qeydiyyatdan keçib. Onlardan 32-i xristian dini icmalar, yəni qeyri müsəlman dini olmasıdır.

Azərbaycan əhalisinin 96 faizi müsəlman, qalan 4 faiz əhali isə müxtəlif dini konfessiyaları özündə əks etdirir. Azərbaycanda bütün dinlərin hərtərəfli fəaliyyəti üçün hər zəruri şərait yaradılıb.

Azərbaycan dini etiqad, vicdan azadlığı baxımından dünyada nümunə göstərilə biləcək ölkələr sırasındadır, bəlkə də, bu, ölkələrdən birincisidir. Azərbaycan müxtəlif dinlərin sivilizasiyaların qovşağında yerləşən ölkədir. Bu xüsusiyyətimiz xalqımızın xarakterində, tarixində əksini tapıb”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə