Mobil versiya
“Bakılift -2” nin rəisi Üzeyir Aslanov Qüdrət Şükürovun 8 milyon vergi borcuna şərikdir? -Yoxalama gedir - İDDİA
Tarix: 04-03-2019 | Saat: 16:12
Bölmə:Karusel / Seçilənlər-3 | çapa göndər

“Bakılift -2” nin rəisi Üzeyir Aslanov Qüdrət Şükürovun 8 milyon vergi borcuna şərikdir? -Yoxalama gedir - İDDİA


AİA.Az: Hacıbala Abutalıbovun əmri ilə 2012-ci ildə “Lifttəmir” İstehsalat Birliyinin baş direktor təyin olunmuş Qüdrət Şükürovun acınacaqlaı taleyi son aylarda ən çox müzakirə olunan məsələlərdən biridir. Sözügedən şəxsin vəzifədə olduğu qısa müddət ərzində taladıqları ictimaiyyətə bəlli olduqdan sonra “Lifttəmir” İstehsalat Birliyinin 8 milyon manatdan artıq vergi borcunun olduğu üzə çıxdı. Artıq sözügedən qurumla bağlı araşdırma başa çatıb və kifayət qədər qanun pozuntuları, korrupsiya faktları aşkar edilib. Vergilər Nazirliyi, Hesablama Palatası və Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən aparılan yoxlamalar Qüdrət Şükürovun həbs olunması ilə nəticələnib Artıq onun yerinə təyinat da olub. Eldar Əzizovun əmri ilə Bakı şəhər icra hakimiyyətində şəhər təsərrüfatının müdiri olmuş Xalid Ələkbərov “Lifttəmir” İstehsalat Birliyinə rəis gətirilib. Bəs görəsən Xalid Ələkbərov Bakı şəhərində mənzil tikintisinin geniş vüsət aldığı bir şəraitdə yüksəkmərtəbəli yaşayış binalarının sayının durmadan artımı və orada yaşayan sakinlərin mənzil-kommunal xidmətlərinə olan tələbatını təmin, binadaxili mühəndis avadanlıqlarına aid lift qurğularının müntəzəm texniki xidmətinin və təmirinin təşkili ilə bağlı lift təsərrüfatının fəaliyyətinə nəzarət edə biləcəkmi?

Qüdrət Şükürov haqlı cəzasına çatdı. Amma liftlərin işində nə kimi dəyişikliklər oldu? Bakı şəhərində vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar olaraq onların mənzil-kommunal xidmətlərinə olan tələbatının günün tələbləri səviyyəsinə gətirilməsi üçün Bakı şəhərində mövcud olan yüksək mərtəbəlı binalarda quraşdırılmış sərnişin liftlərinin ixtisaslaşdırılmış texniki xidmətinin, cari və əsaslı təmirinin kompleks təşkili üçün, yaradılmış bu qurumda hər şey yenə köhnə qaydadadır. Son vaxtlar şəhərin ayrı-ayrı rayonlarından tez-tez liftlərin xarab olması, əyləc rulonlarının oğurlanması və nəticədə liftlərin uzunmüddətli təmirə dayanması barədə yenə də şikayətlər daxil olur. Bütün bu problemlərin kökünü lift xidməti göstərən və onun təmiri ilə məşğul olan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti tərkibindəki “Llifttəmir” İstehsalat Birliyində də axtarmaq lazımdır. Bakının bütün əraziləri üzrə “Lifttəmir” Birliyinin fəaliyyəti, liftlərin kimlər tərəfindən və hansı qaydalarla quraşdırılması, onlara xidmət və digər məsələlər kökündən yoxlanilmalıdır.

“Bakılift -2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi Üzeyir Aslanovun fəaliyyətinin yoxlanıldığı kimi. Məlumat üçün bildirmək istərdik ki, Üzeyir Aslanon “Bakılift- 2 “-də çoxdan işləyir. Qüdrət Şükürovdan da xeyli qabaq. Amma onun Qüdrət Şükürov kimi talançı olmadığı söylənilir.Buna baxmayaraq rəhbərlik etdiyi qurumda köklü yoxlamaların getdiyi deyilir.Məlumatlara görə Qüdrət Şükürovun ayağına yazılmış 8 milyondan yuxarı vergi borcunda Üzeyir Aslanovun da payı da var. Amma nə qədərdir bilinmir. Yoxlamaların Maliyyə Nazırliyinin, Hesablama Palatasınin aparmasından asılı olmayaraq nəticəsinin Korrupsiyaya qarşı Mübarizə İdarəsinə veriləcəyi şübhəsizdir. Belə çıxır ki, nə qədər təmiz olmasına baxmayaraq Üzeyir Aslanovun da əli Qüdrət Şükürovun bəd əməllərinə bulaşıb. Yoxsa bu idarədə uzun müddətdir yoxlamalara ehtiyac olmazdı. Məlumatlara görə Üzeyir Aslanov yoxlamalardan canını qurtarmaq üçün yuxarı dairələrdə adam axtarır, tez tez Nazirlər Kabinetində sabiq merin qapısını döyür. Görünür məsələ çox ciddidir.

Məlumatlar ətrafında araşdırmalarımızı davam etdirəçək, yaxın günlərdə oxuculara “Bakılift -2” də gedən yoxlamaların nəticələri barədə əlavə məlumatlar verəcəyik.(aktualinfi.org)
AİA.Az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-04-2024