Mobil versiya
Sahil Babayev: “Ölkəmizdə inklüziv cəmiyyətin qurulması istiqamətində önəmli addımlar atılır”
Tarix: 04-03-2019 | Saat: 15:12
Bölmə:Manşet / Gündəm | çapa göndər

Sahil Babayev: “Ölkəmizdə inklüziv cəmiyyətin qurulması istiqamətində önəmli addımlar atılır”


“Azərbaycanın xüsusi olimpiya komandası Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarına yola düşür. Həm bir vətəndaş, həm də hökumət üzvü kimi onları təbrik edir və uğurlar arzulayıram. İnanıram ki, Azərbaycan komandası Birləşmiş Ərəb Əmirliklərindən böyük uğurlarla qayıdacaq”. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə həm idmanın inkişafı, həm də inklüziv cəmiyyətin qurulması prioritet hədəflərdəndir.

Nazir vurğulayıb ki, Azərbaycanda olimpiyaçılarla yanaşı, paralimpiyaçılar və xüsusi olimpiyaçılar da inkşaf edirlər: “Onlar müxtəlif beynəlxalq turnirlərdə bayrağımızı qaldırmaqla ölkəmizə böyük şərəf gətirirlər. İnanırıq ki, bu kimi tədbirlər Azərbaycanda inklüziv cəmiyyət ideyasının daha da geniş yayılmasına, əlilliyi olan, sağlamlıq imkanları məhdud şəxslərin öz bacarıq və potensiallarını göstərməsinə böyük imkan yaradacaq. Ölkəmizdə inklüziv cəmiyyətin qurulması istiqamətində önəmli addımlar atılır. Belə proqram və layihələr cəmiyyətimizin daha da inkişaf etməsinə, inklüziv cəmiyyətin Azərbaycanda bərqərar olmasına dəstək verəcək”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024