“Eurovision”a bilet satışı dayandırıldı
Tarix: 4-03-2019, 10:47 | Saat: 15:47:00
Bölmə:Karusel / Manşet2 | çapa göndər

“Eurovision”a bilet satışı dayandırıldı


Təşkilatçılar "Eurovision” mahnı müsabiqəsinə bilet satışını dayandırıblar.

aia.az ONA-ya istinadən məlumatına görə, bu barədə müsabiqənin keçirilməsinə cavabdeh olan İsrailin "Kan” teleradio korporasiyası açıqlama yayıb.

Açıqlamada bildirilir ki, bu addımın atılmasının səbəbi müsabiqənin keçiriləcəyi zalda yüzlərlə yaxşı yerin yerli tanınmış şəxslər arasında bölüşdürülməsinə dair şübhələrin yaranmasıdır.

Korporasiya vəd edib ki, araşdırmalar pozuntuları üzə çıxarsa, biletləri açıq satışa qaytaracaq.

Bir müddət əvvəl İsrailin daxili təhlükəsizlik naziri Gilad Erdan da polisə "Eurovison” müsabiqəsinin biletlərinin satışında fırıldaqçılığın qarşısının alınması barədə göstəriş verib.

Qeyd edək ki, bu il "Eurovision” mahnı müsabiqəsi mayın 14-18-də Təl-Əvivdə keçiriləcək

aia.az



585 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-03-2019
18-03-2019
«    Март 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}