Mobil versiya
Bakı Meriyası Tağıyevin heykəli üçün 4 yerə baxır
Tarix: 04-03-2019 | Saat: 10:06
Bölmə:Karusel / Ölkə | çapa göndər

Bakı Meriyası Tağıyevin heykəli üçün 4 yerə baxır


Hazırda Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) əməkdar artist Bəhram Bağırzadənin Prezident İlham Əliyevlə görüşdə Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması ilə bağlı təklifinə baxılır.

Bu barədə cavab olaraq BŞİH-nin mətbuat xidmətindən bildirilib.

Meriyadan verilən məlumatda qeyd edilib ki, heykəlin ucaldılması ilə bağlı müvaqif qurumlarla birgə 4-ə yaxın mərkəzi küçə nəzərdən keçirilir.

Modern.az-ın əldə etdiyi məlumata görə, baxılan yerlərdən ikisi "Neftçilər” prospektindədir. Onlardan biri Bərham Bağırzadənin təklifdə səsləndiyi yer-Kukla teatrı ilə üzbəüz bağ (Neftçilər prospektilə Əziz Əliyev küçəsinin kəsişməsi), digəri "Qız qalası”nın yanında (Neftçilər prospekti) sökülən evin yerindəki boş sahədir.

Əlavə olaraq, iki küçədə də heykəlin ucaldılması məsələsinin baxıldığı vurğulanır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024