Mobil versiya
“Problemli kreditlərlə bağlı iş bürokratikləşdirmə olmadan həyata keçiriləcək” - Elman Rüstəmov
Tarix: 01-03-2019 | Saat: 18:13
Bölmə:İqtisadiyyat | çapa göndər

“Problemli kreditlərlə bağlı iş bürokratikləşdirmə olmadan həyata keçiriləcək” - Elman Rüstəmov


“Problemli kreditlərlə bağlı verilən Fərmanın icrası elektron növbələşmə prinsipləri əsasında, işi bürokratikləşdirmə, uzun növbələr, lazımsız həyəcam olmadan həyata keçiriləcək”.


Modern.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov problemli kreditlərin həllinə dair Prezident İlham Əliyev tərəfindən imzalanan Fərmanla bağlı Real TV-yə müsahibəsində bildirib.


E.Rüstəmov qeyd edib ki, Mərkəzi Bank əvvəldən proseslərin içində olub:

“Biz cənab Prezidentin qəbul etdiyi bu qərara yüksək dəstək veririk. Hesab edirik ki, bu, olduqca mühüm və vaxtında verilmiş qərardır. Təbii olaraq ölkə rəhbərinin bizim qarşımızda qoyduğu tapşırıqları yerinə yetirəcəyik”.

Baş bankir bildirib ki, problemlin həlli üçün böyük vəsait ayrılacaq:

“Vəsait kommersiya banklarının itkilərini qarşılamaqdan ötrü ayrılan kreditdir və dövlət zəmanətilə veriləcək. Kreditlərin indeksasiyasından sonra banklarda açıq valyuta mövqeyi yaranır. Fərmanda da qeyd olunduğu kimi, bu riskləri də biz öz üzərimizə götürəcəyik. Bizim təşkilati işimiz banklarda gedən proseslərin başa çatması, onların, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasının sorğuları əsasında prosesin effektivliyinin təşkil olunmasıdır. İkincisi, tez bir zamanda Palata ilə birlikdə işin metodoloji bazasının yaradılmasına nail olmaq, baza yarandıqdan sonra işin banklarda təşkil edilməsidir.

Göründüyü kimi, növbəti dövr üçün bizim də Mərkəzi Bank olaraq işlərimiz həddindən çoxdur. Məqsədimiz bürokratiyasız, insanlarımızı qane edən şəkildə bu prosesi icra etməkdir”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024