Mobil versiya
MTRŞ ixtisaslaşmış xəbər kanalı ilə bağlı müsabiqə elan edib
Tarix: 28-02-2019 | Saat: 17:33
Bölmə:Gündəm | çapa göndər

MTRŞ ixtisaslaşmış xəbər kanalı ilə bağlı müsabiqə elan edib



“Milli Televiziya və Radio Şurası (MTRŞ) ümumrespublika televiziya və radio yayımçılarının sayının artırılması istiqamətində öz fəaliyyətini davam etdirir. Müşahidələr ixtisaslaşdırılmış yayım kanallarının daha effektiv işlədiyini deməyə əsas verir. Bunu nəzərə alaraq, yerüstü televiziya yayımında yeni ixtisaslaşdırılmış (xəbər) kanalının fəaliyyətə başlaması nəzərdə tutulub”.

Bunu ONA-ya MTRŞ-nın Texniki nəzarət şöbəsinin müdiri İsa Məmmədov deyib.

O bildirib ki, Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD formatında 48-ci TV yayım kanalında və HD formatında 37-ci TV yayım kanalında televiziya yayımı aparmaq üçün müsabiqə elan edilib: “Bu yeni televiziya yayım kanalı ümumrespublika yayımçısı olaraq bütün ölkə ərazisində yayımlanacaq”.

Şöbə müdiri qeyd edib ki, “Televiziya və Radio Yayımı haqqında” Qanununun 1.0.14-cü maddəsinə görə ümumölkə yayımçısı ölkə ərazisinin azı 98%-ni faizini öz televiziya verilişləri ilə əhatə etməlidir.

Müsabiqə üçün tələb оlunan sənədlər bir ay müddətinə MTRŞ-nın inzibati binasında qəbul еdiləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024