Mobil versiya
Milli Məclisin komissiyasına sədr və katib seçildi
Tarix: 27-02-2019, 17:07 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Milli Məclisin komissiyasına sədr və katib seçildi



Milli Məclisin yenidən formalaşdırılmış Hesablayıcı komissiyasının sədrinin və katibinin adına aydınlıq gətirilib.

Modern.az-ın parlamentdən əldə etdiyi məlumata görə, Komissiya üzvlərinin iştirakı ilə keçirilən iclasda Fəttah Heydərov yenidən sədr, Sədaqət Vəliyeva isə katib seçilib.


Xatırladaq ki, fevralın 1-də Milli Məclisin plenar iclasında Hesablayıcı komissiyanın yeni tərkibi seçilib.

Hesablayıcı komissiyasının tərkibinə Fəttah Heydərov, Sədaqət Vəliyeva, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc və Mixail Zabelin daxil edilib.



Qeyd edək ki, Mlli Məclisin Daxili Nizamnaməsinə əsasən, növbəti çağırış Milli Məclisin birinci iclasında və sonra hər il Milli Məclisin yaz sessiyasının birinci iclasında Hesablayıcı komissiya yaradılır. Hesablayıcı komissiya açıq və gizli səsvermələri keçirmək və onların nəticələrini müəyyən etmək məqsədi ilə yalnız Milli Məclisin iclaslarında fəaliyyət göstərir.



Milli Məclisin Hesablayıcı komissiyası deputatlar sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilir. Seçildikdən sonra Milli Məclisin Hesablayıcı komissiyası öz üzvləri sırasından komissiyanın sədrini və katibini seçir.



Hesablayıcı komissiyanın iclası onun azı 4 üzvü iştirak etdikdə səlahiyyətlidir. Hesablayıcı komissiyanın bütün qərarları onun iclaslarında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hesablayıcı komissiyanın qərarı ilə razı olmayan onun üzvü komissiyanın yekun protokolunda xüsusi rəyini əks etdirə bilər və Milli Məclisin iclasında xüsusi rəylə çıxış edə bilər.



Milli Məclisin sədrinin seçkiləri keçirilərkən Milli Məclisin sədrliyinə göstərilmiş hər namizəd Hesablayıcı komissiyanın tərkibinə əlavə bir üzv daxil edə bilər. Hesablayıcı komissiyanın bu üzvləri yalnız Milli Məclisin sədrinin seçkiləri zamanı komissiyanın üzvü olurlar.



aia.az



5206 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-10-2019
17-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031