Mobil versiya
“Papa, məni evə apar” dedi, keçindi” - 3 ay əvvəl gəlin köçmüşdü...
Tarix: 27-02-2019 | Saat: 15:47
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Papa, məni evə apar” dedi, keçindi” - 3 ay əvvəl gəlin köçmüşdü...



Füzuli rayonu, Horadiz qəsəbəsində intihar etdiyi bildirilən Afət Şahverdiyevanın ailəsi onun qətlə yetirildiyini iddia edir.

aia.az Qafqazinfo-ya istinadən xəbər verir ki, A.Şahverdiyevanın atası Valeh Şahverdiyev bildirib ki, fevralın 8-də qızının əri Ruvi Axundov ona zəng edərək Afətin halının pis olduğunu deyib:

"Biz çatanda qızımı çöldə yerə uzatmışdılar, mən ona yaxınlaşıb başımı sinəsinə qoydum, Afət "papa, məni evə apar” dedi, o an da keçindi. Onun cənazasi yuyulduqdan sonra özüm kəfəni açdırıb şəkillərini çəkdirdim. Afətin burnunda, alnında zədə var idi, dizləri cızılmışdı, sanki kimsə onu sürüyüb. Əri Ruvi Afətin özünü hərbi telefonlarda olan şunurla asdığını dedi. Amma iz udlaqda yox, boğazın ortasında idi. Bunu rayon və "Semaşko”nun eksperti də təsdiqlədi. Onlar da bildirdilər ki, Afəti kimsə arxadan boğaraq öldürüb. Şunur iki dəfə boğazdan, bir dəfə də ağızın içindən keçirdi. Özünü öldürən adam isə ağzının içindən şunur salmaz.

Afət noyabrın 12-də evlənmişdi, fevralın 12-si evliliklərinin 3 ayı tamam olacaqdı. Qızım məktəbdə riyaziyyat müəlliməsi işləyirdi və hadisə günü də dərs deməyə getmişdi. Hərbçi olan leytenant Ruvi isə səhər saatlarında işdən evə gəlib və Afətə zəng edərək niyə dərsə getdiyini soruşub. Afət məktəbdən icazə alaraq evə gəlib.

Ruvi deyir ki, özü otaqda nəsə yazırmış və bir-iki nəfərlə telefonda danışıb. Mətbəxə keçəndə isə Afətin özünü asdığını görüb. Əri deyir ki, hadisədən əvvəl onlar deyib-gülüblər. Kefi yaxşı olan adam onda özünü niyə assın ki? Ruvinin Afəti öldürməsi barədə şübhələr olsa da, prokurorluq onu saxlamır. Hadisə günü Ruvi işdə olub, amma hərbi hissədən gəlib köhnə tarixlə ona məzuniyyət yazdılar”.

Mərhumun valideynləri tərəfindən ittiham olunan Ruvi Axundovla əlaqə saxlamağa cəhd etdik. Lakin mobil telefonuna zəng çatmadığı üçün mövqeyini öyrənə bilmədik.

Füzuli Rayon Prokurorluğundan bildirilib ki, iş tam obyektiv araşdırılır: "Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizası təyin olunub. Zəruri istintaq hərəkətləri davam etdirilir. Cinayət işinin istintaqının hər tərəfli, tam obyektiv aparılması üçün zəruri hərəkətlər davam etdirilir”.

V.Şahverdiyev bildirib ki, hələ meyitin müayinəsi ilə bağlı ekspertizanın rəyi açıqlanmayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə