Mobil versiya
Antibiotikdən ölən uşaqla bağlı prokurorluqdan AÇIQLAMA
Tarix: 27-02-2019 | Saat: 13:29
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Antibiotikdən ölən uşaqla bağlı prokurorluqdan AÇIQLAMA


Şabran rayonunda 7 yaşlı uşağın ölməsi ilə bağlı cinayət işi başlanılıb.

aia.az xəbər verir ki, Rayon Prokurorluğundan Qafqazinfo-ya verilən məlumata görə, 2011-ci il təvəllüdlü Gülnur Dadaşovanın Şabran Rayon Mərkəzi Xəstəxanasının həkimi tərəfindən antibiotik vurulduqdan sonra fevralın 26-da ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə zəruri istintaq hərəkətləri görülüb, məhkəmə tibb ekspertizası təyin edilib. İlkin şahid ifadələri alınıb, istintaq davam etdirilir.

Qeyd edək ki, G. Dadaşovanın əmisi Elman Dadaşovun sözlərinə görə, uşağın boğazı ağrıyıb və qızdırmalı olub: "Uşaq həkimi İradə Həmidova tərəfindən antibiotik iynə vurulduqdan sonra vəziyyəti ağırlaşıb və koma vəziyyətinə düşüb".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024