Mobil versiya
Zurabişvili bu gün Bakıya gəlir - Diqqət mərkəzində nələr olacaq?
Tarix: 27-02-2019 | Saat: 09:00
Bölmə:Siyasət | çapa göndər

Zurabişvili bu gün Bakıya gəlir - Diqqət mərkəzində nələr olacaq?


Bu gün Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycana səfər edəcək. Bu səfər qonşu Azərbaycanla strateji tərəfdaşlığın davam və inkişaf etdirilməsi məqsədi daşıyır. Bu barədə Gürcüstanın Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, siyasi, iqtisadi, ticari münasibətlərin dərinləşdirilməsi ilə yanaşı, mədəni əlaqələrin də inkişaf etdirilməsi prioritet olacaq. "Bu da illər boyu gürcü və Azərbaycan xalqları arasında mövcud olan mehriban qonşuluq və dostluq əlaqələrinə əsaslanır”.

Məlumatda S.Zurabişvilinin səfər çərçivəsində yüksək səviyyəli görüşlər keçirəcəyi, həmçinin baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Azərbaycanda yaşayan gürcüstanlı tələbələr və biznes sektorunun nümayəndələri ilə də görüşlərinin nəzərdə tutulduğu da bildirilir. Gürcü prezidentin başçılıq etdiyi nümayəndə heyətinə Gürcüstanın Prezident Administrasiyasının üzvləri və digər rəsmi şəxslər daxil olacaq.

Qeyd edək ki, Gürcüstanın "Vahid Milli Hərəkat” və "Avropalı Gürcüstan” partiyalarından olan millət vəkilləri Zurabişvilini Bakı səfərinə müşayiət edəcək heyətə qatılmaqdan imtina ediblər.

aia.az xəbər verir ki, bu haqda musavat.com-a açıqlama verən Vahid Milli Hərəkat Partiyasından millət vəkili Azər Süleymanov bildirib ki, səbəb Axalkalakidə erməni terrorçu Mixail Avakyana abidə qoyulmasıdır.

Ekspertlər son illərdə iki ölkə arasında yaranan bəzi problemlərin bu səfər çərçivəsində müzakirə ediləcəyini istisna etmirlər. Xanım prezidentin Bakı səfərindən sonra bu gərginliklərin aradan qaldırılacağına ümidlər böyükdür.


ZÃÂlimxan MÃÂmmÃÂdli ile ilgili görsel sonucu

"Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli səfərlə bağlı ehtimallarını bölüşdü: "Zaman-zaman Gürcüstanla Azərbaycan strateji müttəfiqdir deyə-deyə öyünmüşük. Hətta ikili dövlətlərarası bağlanan müqavilələrdə bunlar öz əksini tapıb. Konfederativ dövlətə qədər biz birləşə bilərik bəyanatları da ayrı-ayrı zamanlarda olub. Cənubi Qafqazda bu iki dövlətin strateji tərəfdaşlığı çox şeylər deməkdir. Gələcəkdə dövlətlərin təhlükəsizliyi və digər məsələlərlə bağlı da bu, çox önəmlidir. Amma görünü bizim öyünməyimiz heç nə demək deyil. Fərqli proseslər cərəyan edir. Gürcüstanın indiki iqtidarı hökumətə gələndən antitürk siyasətini görmüşəm. Soydaşlarımıza qarşı olan yanaşmalar da göz önündədir. Hazırladığımız layihələrdə və digər yerlərdə bunun az şahidi olmamışıq. Mən və müavinimin Gürcüstana girişinə qadağa qoyulması da bu silsilədəndir. ”Borçalı" Cəmiyyətinin fəaliyyəti ilə bağlı ciddi məhdudiyyətlər var. Son zamanlar isə Azərbaycana yönəlik bir sıra addımlar atmağa başlayıblar. Onlardan biri təbii ki, Xocalı soyqırımında, işğalda iştirak etmiş quldur birisinə abidə qoyulması və buna gürcü iqtidarının səssiz qalması oldu. Bu, strateji müttəfiqliyə yaraşmayan və bizi təhdid edən hadisədir. Paralel olaraq Azərbaycan qazının baha alınması ilə bağlı bəyanat səsləndi. Bununla yanaşı, Rusiya qazının alternativ qaz mənbəyi olaraq alınmasına işarə vuruldu. Ermənistana yol açılması və ermənilərin ruslarla əlaqələrini birbaşa təmin etmək də Azərbaycana açıq təhdid oldu. Bunların hər biri müzakirə edilməli məsələlərdir və Bakıda bunların müzakirə ediləcəyini istisna etmirəm. İctimai müqavimətə baxmayaraq, gürcü iqtidarının dilindən bir ifadə belə səslənmir. Gürcüstan-Azərbaycan münasibətləri yenidənmi qurulur və qurulursa, niyə Azərbaycan təhdid olunur? Gürcüstan Avrasiya İttifaqınamı gedir? Yoxsa NATO-ya gedib Azərbaycanı qurban vermək istəyir? Mənə elə gəlir ki, Azərbaycan tərəfi bu cür suallara aydınlıq gətirməlidir. Təbii ki, bunlar Gürcüstan prezidentinin birbaşa səlahiyyətlərinə aid deyil. Sadəcə, o, dövlətin təmsilçisidir. Bunun üçün də, hər halda, Zurabişvilinin səfəri rəsmidir. Səfər bitdikdən sonra nəticələrlə bağlı yəqin ki, xəbər veriləcək".

Z.Məmmədli onu da qeyd etdi ki, Bakıda abidə məsələsinə aydınlıq gətirilməlidir: "Xocalı soyqırımına olan ikili yanaşma xanım prezidentdən soruşulmalı, abidə məsələsinin taleyi öz həllini tapmalıdır. Bizim mövqe budur ki, götürülməlidir. Hər halda, diplomatik yolla bunu aradan qaldırmağa çalışılmalıdır. Lap Gürcüstan tərəfi zaman istəməsi yolu ilə olsa da, abidə məsələsində sona qədər getməliyik. Bu, Gürcüstandakı soydaşlarımızın qarşılıqlı inteqrasiya proseslərində iştirak etmələrinə əngəl yaradan psixoloji bir baryerdir. Bu aradan qaldırılmalıdır. Azərbaycanla xarici siyasətdə üst-üstə düşən məqamlar, Rusiya ilə olan ticarət əlaqələri, qaz məsələsi, Ermənistana yeni yol çəkilməsi ilə bağlı məsələlərə aydınlıq gətirilməlidir. Mən bilən əvvəllər Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq barədə protokol imzalanıb. Düşünürəm ki, milli təhlükəsizliklə bağlı konkret hər iki dövlətin ortaq milli maraqlarını ifadə edən məsələlərdə vahid mövqe əks olunan sənədin imzalanmasına ehtiyac var. Zurabişvilidən Bakıda sorulacaq çox şeylər var”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024