Mobil versiya
Nazir: Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq və regional sülhə əsas təhdid olaraq qalmaqdadır"
Tarix: 26-02-2019 | Saat: 17:58
Bölmə:Siyasət | çapa göndər

Nazir: Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq və regional sülhə əsas təhdid olaraq qalmaqdadır"


“Ermənistan və Azərbaycan arasında davam edən silahlı münaqişə beynəlxalq və regional sülhə və təhlükəsizliyə, insan hüquqlarına və inkişafa hələ də əsas təhdid olaraq qalmaqdadır”.

aia.az-ın Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bu sözləri nazir Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının 40-cı sessiyasında çıxışı zamanı deyib.

O bu gün Azərbaycanda Ermənistanın törətdiyi Xocalı soyqırımının 27-ci ildönümünün qeyd ounduğunu vurğulayıb: “Qonşu Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi 1992-ci ildən bəri işğal altındadır. Etnik təmizləməyə məruz qalmış bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvalarından zorla didərgin salınaraq məcburi köçkün vəziyyətində qalmaqdadırlar və bu, 10 milyon əhalisi olan bir ölkədə adambaşı hesablamalara görə dünyada ən çox məcburi köçkün və qaçqınların olduğu bir ölkədir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqləyən və erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını qəti şəkildə tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri və bir çox digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə məhəl qoymayaraq Azərbaycan ərazilərinin işğalını davam etdirir. Məhz bu kontekstdə mən BMT İnsan Hüquqları Şurasını, onun mandat sahiblərini və BMT-nin insan hüquqları üzrə ali komissarını 20 ildən çoxdur ki hüquqları pozulan azərbaycanlı məcburi köçkün və qaçqınların insan hüquqlarının bərpası və ədalətin aliliyinin təmin edilməsi üçün səmərəli tədbirlər və prinsipial mövqe nümayiş etdirməyə çağırıram”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024