Mobil versiya
Şeyx Rusiyaya gedir
Tarix: 26-02-2019 | Saat: 19:10
Bölmə:Karusel / Gündəm | çapa göndər

Şeyx Rusiyaya gedir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə sabah Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının paytaxtı Çerkessk şəhərinə səfərə gedəcək.

QMİ-nin Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, Şeyxülislam A.Paşazadə Çerkessk şəhərində sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurasının (QXADŞ) növbəti toplantısını keçirəcək. Şuranın bu dəfəki toplantısı Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Şurasının sədri, Qaraçay-Çərkəz Müftisi İsmayıl Berdiyevin anadan olmasının 65 illik yubiley ilə əlaqədar keçirilir.

Şuranın iclasında həmçinin cari məsələlərin, Qafqaz xalqlarının qarşılıqlı dostluq, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində atılan addımların müzakirəsi nəzərdə tutulur.

QXADŞ-nın Vladiqafqazda keçirilən toplantısından sonrakı dövrün hesabat məruzəsi ilə Şuranın sədri, şeyxülislam A.Paşazadə çıxış edəcək.

Çerkesskə səfər çərçivəsində QMİ sədrinin respublika rəhbərliyi, din xadimləri və Qaraçay-Çərkəzdəki Azərbaycan diasporunun nümayəndələri ilə görüşləri nəzərdə tutulur.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024