Mobil versiya
DSX əməliyyat keçirdi, 2 nəfər tutuldu
Tarix: 25-02-2019, 14:01 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

DSX əməliyyat keçirdi, 2 nəfər tutuldu

Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıq­lığı nəticəsində 185 qram narkotik vasitənin qanunsuz döv­riy­yə­dən çıxarılmasına nail olunub.
DSX-dan Azvision.az -a verilən məlumata görə, 19 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sahil Müha­fi­zə­sinin Lənkəran rayonunun Vel kəndinin ərazisində Xəzər dəni­zindən 30 metr aralı sahildə sərhəd naryadı tərəfindən içərisində 2 nəfərin olduğu avtomobilin əraziyə yaxınlaşması müşahidə olun­ub.

Avtomobildən bir nəfər düşərək əraziyə yaxınlaşıb və ora­da gizli saxlanc yerindən gizlədilmiş əşyanı götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd edib. Avtomobildə olan hər iki nəfər sərhəd naryadı tərəfindən şübhəli şəxs qismində saxla­nılıb və baxış zamanı 185 qram “heroin” narkotik vasitəsi aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslərin Lənkəran rayon sakinləri 1963-cü il təvəllüdlü Dadaşov Allahverdi Fərman oğlu və 1974-cü il təvəllüd­lü Bağırov Vüqar Mirzağa oğlu olması müəyyənləşdirilib. Araşdırma zamanı A.Dadaşov əvvəllər narkotik vasitələrin istifa­dəsinə görə məhkum olunaraq cəza çəkməsini və narkotik vasitənin Xəzər dənizindən qaçaq yolla İran İslam Respub­likasından Azərbaycan Respublikasına gətirilməsini etiraf edib.

Fakt üzrə başlanılmış cinayət işi üzrə əməliyyat-istintaq təd­bir­ləri davam etdirilir.

aia.az



5166 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-11-2019
21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930