Mobil versiya
"Srebrenitsa Anaları" Milli Məclisdə - FOTO
Tarix: 23-02-2019 | Saat: 19:07
Bölmə:Siyasət | çapa göndər

"Srebrenitsa Anaları" Milli Məclisdə - FOTO


Bu gün Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, deputat Cavanşir Feyziyevin və Parlament Jurnalistlər Birliyinin təşəbbüsü ilə Milli Məclisdə "Srebrenitsa Anaları" İctimai Birliyinin rəhbəri və üzvləri ilə görüş keçirilib.



Modern.az-ın məlumatına görə, tədbirdə "Srebrenitsa anaları" ilə yanaşı, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, Milli Məclisin deputatları Flora Qasımova, Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev və jurnalistlər iştirak edib.



Görüş zamanı çıxış edən Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı qeyd edib ki, ötən il Bosniyada təqdimatı keçirilən Xocalı soyqırımına həsr edilmiş "Böyüməyən uşaqlar" kitabı "Srebranitsa anaları"nın diqqətini çəkib:

Elşad Eyvazlı "Srebranitsa anaları"nın ötən gün valideynini itirən "25-lər"lə görüşdüyünü bildirib.

“Analar ahıl yaşlarında yorulmadan Azərbaycana gəlib, bizə dəstək oldular. Əminəm, onların Xocalı soyqırımı ilə bağlı çıxışları soyqırımın dünyaya tanıdılmasına dəstək olacaq”.



Daha sonra isə çıxış edən Milli Məclisin deputatı Bəxtiyar Əliyev qonaqlara Dağlıq Qarabağ münaqişəsi və “Xocalı” soyqırımı barədə ətraflı məlumat verib.

Deputat bildirib ki, Ermənistan hələ də BMT-nin 4 qətnaməsinə məhəl qoymur və Azərbaycan torpaqlarını işğal altında saxlayır.

“1992-ci il fevralın 26-da Xocalı şəhərində bir gecədə 106-sı qadın, 62-si uşaq olmaqla 613 Azərbaycan vətəndaşı qətlə yetirilib, xeyli insan əsir götürülüb və işgəncələrə məruz qalıb”.



Söhbət zamanı Milli Məclisin deputatları Flora Qasımova və Bəxtiyar Əliyev “Xocalı” həqiqətləri barədə danışıblar. Deputatlar bildiriblər ki, hazırda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində bütün dünyada “Xocalı” soyqırımının tanıdılması istiqamətində işlər davam etdirilir.



"Srebrenitsa Anaları" İctimai Birliyinin rəhbəri Munira Subaşiç qeyd edib ki, 1995-ci ildə biz də soyqırıma məruz qalmışıq.

“Ona görə də sizi yaxşı başa düşür və dərdinizə şərik oluruq. Srebrenitsada da üç gün ərzində 10 mindən çox insan, o cümlədən 570 qadın və 1000-dən çox uşaq öldürülüb. Bu soyqırımın günahkarları cəzalandırılıb və dünya bu soyqırımı tanıyır. Avropa Birliyi 11 iyul tarixini Srebrenitsa Qurbanlarının Anım Günü kimi təsis etmişdir. Həmin ərazidə böyük memorial kompleks inşa edilib”.



Qonaqlar “Xocalı” soyqırımının da bütün dünya tərəfindən tanınacağına inamlarını ifadə ediblər və bunun üçün köməklərini əsirgəməyəcəklərini diqqətə çatdırıblar.

Sonra görüşdə tərəfləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024