Mobil versiya
Şamaxıdakı zəlzələ neçə evi kəskin qəzalı vəziyyətə salıb?
Tarix: 21-02-2019, 15:20 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə | çapa göndər

Şamaxıdakı zəlzələ neçə evi kəskin qəzalı vəziyyətə salıb?


Şamaxıda baş verən zəlzələ nəticəsində rayon ərazisində 3000-ə yaxın ev və obyektə ziyan dəyməsi barədə Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət daxil olub.

aia.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Şamaxı Rayon İcra Hakimiyyətinin Baş memarı Rüstəm Əliyev deyib.

Onun sözlərinə görə, təkcə şəhər ərazisində 2043 evə ziyan dəyməsi barədə müraciət var: "Daxil olan müraciət əsasında şəhər ərazisində 1954 evə baxış keçirilib. Hadisə ilə bağlı yaradılmış komissiya evlərə baxış keçirməkdə davam edir. Komissiyanın rəyinə əsasən, bu günə qədər baxış keçirilən evlərin 132-i kəskin qəzalı (dağılmış), 526 evin bərpası mümkün vəziyyətdə, 727 evdə isə təmir işlərinə ehtiyac olduğu müəyyənləşib. Komissiyanın qərarına görə, 569 evin vəziyyəti qənaətbəxs hesab edilib".

R. Əliyev bildirib ki, hazırda komissiya rayonun kəndlərindən daxil olmuş məlumatlar əsasında evlərə baxış keçirməyə başlayıb: "Kəndlərdən komissiyaya 1000-ə yaxın evlə bağlı müraciət daxil olub. Hazırda həmin evlərə dəymiş ziyanla bağlı baxış keçirilir".

Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.

aia.az



5133 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

16-08-2019
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031