Mobil versiya
“Khazar” Avtomobil Zavodunda 1000-dən çox avtomobil istehsal olunub
Tarix: 21-02-2019, 11:50 | Saat: 15:47:00
Bölmə:İqtisadiyyat | çapa göndər

“Khazar” Avtomobil Zavodunda 1000-dən çox avtomobil istehsal olunub


Ötən il "Khazar" Avtomobil Zavodunda 1000-dən çox avtomobil istehsal olunub. İqtisadiyyat Nazirliyindən aia.az-a verilən məlumata görə, bu barədə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori Neftçala Sənaye Məhəlləsində "Khazar" Avtomobil Zavodunda istehsal prosesi ilə tanışlığı zamanı bildirilib.

Səfirə məlumat verilib ki, bu avtomobillərin 95%-i artıq satılıb:

Həmçinin bildirilib ki, "Khazar" Avtomobil Zavodu Sənaye Məhəlləsindəki ən böyük müəssisədir. Zavod ildə 10 min avtomobil istehsal etmək gücünə malikdir. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulmuş zavodda "Khazar", "AzSamand" və "Peugeot" avtomobil modelləri istehsal edilir. Artıq zavodda avtomat ötürücü qutusu ilə təchiz olunmuş “Peugeot Khazar” avtomobillərinin istehsalına da başlanılıb. “Khazar” Avtomobil Zavodunda istehsal edilən avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur.

Müəssisədə 200 nəfər işlə təmin edilib və istehsalın genişlənməsi ilə iş yerlərinin sayının 300-ə çatdırılması nəzərdə tutulur.

Eyni zamanda bildirilib ki, "Khazar" avtomobilləri 2018-ci ilin avqust-sentyabr aylarında Moskvada keçirilən beynəlxalq avtomobil sərgisində nümayiş olunub və böyük maraqla qarşılanıb.

"Khazar" avtomobilləri “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac olunacaq.

Səfir Teruyuki Katori Zavodun işini yüksək qiymətləndirib, istehsalın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Qeyd edək ki, Neftçala Sənaye Məhəlləsində yüksək standartlara cavab verən 7 istehsal sahəsi, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar sahibkarların istifadəsinə verilib. Sənaye Məhəlləsinin inzibati binasında müasir ofis sahələri, iclas otağı, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və sənaye məhəlləsinin idarəedici təşkilatının və sahibkarların istifadəsi üçün nəzərdə tutulan sahələr mövcuddur. Hazırda Neftçala Sənaye Məhəlləsində 10 müəssisə fəaliyyət göstərir. Sənaye Məhəlləsinin rezidentləri tərəfindən istehsal sahələrinin yaradılmasına 45 milyon manatdan çox investisiya yatırılıb, 500-ə yaxın iş yeri yaradılıb.

“Khazar” Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsinin rezidentidir.

aia.az



5181 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

14-11-2019
13-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930