Mobil versiya
İlham Əliyev amerikalı müşavirlə görüşdü - YENİLƏNİB
Tarix: 20-02-2019 | Saat: 14:21
Bölmə:Manşet / Siyasət | çapa göndər

İlham Əliyev amerikalı müşavirlə görüşdü - YENİLƏNİB


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Sandra Oudkirk ilə görüşüb.



Prezidentin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında layihənin uğurlu icrası ilə bağlı səmərəli müzakirələrin aparıldığını vurğuladı. Dövlətimizin başçısı ötən il bir neçə mühüm layihənin icrasının başa çatdırıldığını qeyd edərək, bugünkü toplantıda yeni tərəflərin də təmsil olunduqlarını vurğuladı. Bildirdi ki, bu, layihəyə artan marağın göstəricisidir.



Dövlətimizin başçısı ABŞ Prezidenti Donald Trampın Cənub Qaz Dəhlizi layihəsinə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd etdi.



ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Sandra Oudkirk 2018-ci ildə layihənin uğurlu icrası istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu dedi. O, ötən il bu layihə çərçivəsində yeni xətlə Türkiyəyə ilk dəfə olaraq 1 milyard kubmetr qazın çatdırıldığını vurğuladı.



Görüşdə bərpaolunan və alternativ enerji, eləcə də digər sahələrdə Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024