Mobil versiya
Piştaxtasında siçan gəzən “Gəncə Cake House”ın fəaliyyəti DAYANDIRILDI
Tarix: 19-02-2019 | Saat: 14:42
Bölmə:Cəmiyyət | çapa göndər

Piştaxtasında siçan gəzən “Gəncə Cake House”ın fəaliyyəti DAYANDIRILDI



Bir müddət əvvəl "Gəncə Cake House" şirniyyat istehsalı və satışı müəssisəsində antisanitar şəraitlə bağlı video yayılmışdı.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı mediadan daxil olan müraciət əsasında mütəxəssislər tərəfindən müvafiq qaydada araşdırılıb:

“Araşdırmalar zamanı Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani, ev 33 ünvanında yerləşən "Gəncə Cake House" şirniyyat istehsalı və satışı müəssisəsinə baxış keçirilib və laborator müayinələr üçün məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyalarına göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən baxış zamanı müəssisədə sanitar-gigiyena tələblərinə, mal qonşuluğu prinsipinə əməl edilmədiyi, texniki normativ sənədlərin tələblərinin pozulduğu aşkar edilib”.



Rəsmi məlumata görə, bütün bunları nəzərə alaraq, aşkar olunan nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024