Mobil versiya
“Pensiya artımı 140 min əlilə şamil ediləcək” - Nazir
Tarix: 19-02-2019 | Saat: 11:40
Bölmə:Manşet / Gündəm | çapa göndər

“Pensiya artımı 140 min əlilə şamil ediləcək” - Nazir


“Prezident İlham Əliyev ötən ilin avqustunda 20 milyon manat, bu ilin investisiya proqramında isə 55 milyon manat vəsait ayıraraq, təkcə son 6 ay ərazində 75 milyon vəsaiti məhz Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin mənzil təmiantına yönəltdi”.



Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qarabağ müharibəsi iştirakçıları və əlillərlə görüşü zamanı bildirib.


S.Babayev qeyd edib ki, ötən il 626 mənzil müharibə əlilləri və şəhid ailələrinə təqdim olunub:

“Eyni zamanda, bu il üçün bu kateqoriyadan olan şəxslərə veriləcək nəzərdə tutulan mənzillərin sayı 800-dən artıq müəyyən edilib. İl ərzində 800 mənzilin əlil və şəhid ailələrinə verilməsilə onların daha da yaxşılaşdırılmasına nail olunacaq. Digər tərəfdən, ötən il 250-dək avtomobil müharibə əlillərinə təqdim olundu. Bu il üçün təqribən 180-nə yaxın avtomobil də müharibə əlillərinə veriləcək. Milli qəhrəmanlara verilən təqaüdün məbləği artırılaraq 1500 manata çatdırıldı. Digər tərəfdən, müharibə əlillərinin övladlarının ödənişli əsaslarla olan fakültələrə daxil olduğu halda, onların ödənişsiz oxuması qərarı verildi. Həqiqətən də hər istiqamətdə dövlətin qayğısı hiss olunur”.


Nazir qeyd edib ki, hazırda 52 min müharibə veteranı 55 manatlıq müvainət alır:


“Əmək pensiyası alan müharibə veteranlarına isə sığorta hissəsinə 11 min manat indeksasiya edilərək ödənilir. Təxminən 20 minə yaxın insan əmək pensiyasının içərisində bu müavinətləri də alır. Qarabağ müharibəsi, Çernobl və digər bu kateqoriyadan olanalara I qrup üçün 182 manat, II qrup üçün 158 manat, III qrup üçün 121 manat müəyyən edlib. Bunlar pensiyadan əlavə olaraq ödənilir”.



S.Babayevin sözlərinə görə, ölkə başçısının minimum pensiya məbləğinin artırılması ilə bağlı son qərarı bu gün parlamentə müzakirə ediləcək:


“Ölkə başçısının son qərarı ilə minimum pensiya 160 manatdək qaldırılmasına dair qanunvericilikdə dəyişiklik edilməsi barədə qərar qəbul olunub. Bu gün onun Milli Məclis tərəfindən qəbul olunmasını gözləyirik. Orada da 40 fazilik artım bütün pensiya alan insanlara, o cümlədən 140 min əlilliyi olan şəxsin pensiyasına təsir edəcək”.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024