Mobil versiya
Şəhid övladları vergi güzəştləri üçün bu sənədləri təqdim etməlidir
Tarix: 19-02-2019 | Saat: 11:22
Bölmə:Manşet / Gündəm / Seçilənlər-7 | çapa göndər

Şəhid övladları vergi güzəştləri üçün bu sənədləri təqdim etməlidir


Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinin 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş redaksiyasına əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Bu, o deməkdir ki, muzdlu işçi kimi əməkhaqqı alan həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladları yanvarın 1-dən əməkhaqqının 400 manatadək hissəsindən gəlir vergisi ödəməyəcək.

Muzdlu işlə əlaqədar alınan gəlirdən tutulan gəlir vergisi üzrə tətbiq edilən güzəşt və azadolmalardan istifadə hüququnun müvafiq sənədlərlə əsaslandırılmamasına görə məsuliyyəti vergi agenti, yəni işəgötürən daşıyır. Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququ Nazirlər Kabinetinin müvafiq qərarında nəzərdə tutulmuş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri) və övladları bu hüquqdan istifadə etmək üçün aşağıdakı sənədləri çalışdıqları iş yerinə təqdim etməlidirlər:

– Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı;

– Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin arayışları;

– Nikah və ya doğum haqqında şəhadətnamə.

Xatırladaq ki, indiyədək bu güzəşt yalnız həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına (yaxud ərlərinə) şamil edilirdi. Vergi Məcəlləsinin 102-ci maddəsinə (Gəlir vergisindən azadolmalar və güzəştlər) edilmiş dəyişikliklə həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (yaxud ərləri) ilə yanaşı, onların övladları da bu kateqoriyaya aid edilib. (fed.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024