Mobil versiya
Yollardakı son VƏZİYYƏT - 5-10 sm qar
Tarix: 19-02-2019, 11:15 | Saat: 15:47:00
Bölmə:Karusel / Ölkə | çapa göndər

Yollardakı son VƏZİYYƏT - 5-10 sm qar




Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yollardakı vəziyyətlə bağlı son məlumatı açıqlayıb.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Nəcəfli Modern.az-a bildirib ki, çətinlik olmasına baxmayaraq, rayon yollarında nəqliyyatın hərəkəti təmin olunur. Son vəziyyət aşağıdakı kimidir:

1. Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən-Şabran hissəsində yağış, Quba və Qusar rayonları ərazisindən keçən hissəsinə qar yağır. Havanın temperaturu müsbət olduğundan yolda qar yoxdur, hərəkət təmin olunub. Quba rayonunun Xınalıq, Qusar rayonunun Şahdağ ərazisində yollarda 5-10 sm qar var, lazımi tədbirlər görülür və nəqliyyatın hərəkəti təmin olunur.

2. Giləzi - Xızı - Qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır.

3. Bakı - Qobustan - Qar yağır, 1-2 dərəcə şaxta var. Yolun Cəngi-Qobustan hissəsinə 7-10 sm qar yağıb. Səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır.

4. Qobustan - Şamaxı - Muğanlı - Güclü qar yağır, 1-2 dərəcə şaxta var. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır, eyni zamanda qum-duz səpilir. Hərəkət təmin olunub.

5. Muğanlı - Ağsu - Yevlax avtomobil yolunun Muğanlı-Ağsu hissəsinə qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır.

6. Bakı - Ələt - Hacıqabul - Sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

7. Hacıqabul – Ucar – Yevlax -Yolun Hacıqabul-Ucar hissəsinə sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

8. Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

9. Muğanlı – İsmayıllı Qar yağır, şaxta yoxdur. Səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

10.İsmayıllı – Oğuz – Qəbələ - Şəki - Qar yağır, yolun İsmayıllı-Qəbələ hissəsində yolda 7sm qar yağıb. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır. Yolun Oğuz-Şəki hissəsində sulu qar yağır.

11. Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu - Yağıntı yoxdur, yağış və sulu qar yağır. Nəqliyyat vasitələrinin hərəkəti normaldır.

12. Yevlax – Şəki (Göybulaq) - Şəki rayonu ərazisində yağış yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti normaldır.

13. Gəncə-Daşkəsən - Xoşbulaq - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

14. Şəmkir - Gədəbəy - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

15. Ələt – Astara – İran İslam Resp. ilə dövlət sərhədi avtomobil yolu - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

16. Masallı – Yardımlı Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

17. Lənkəran – Lerik - Yağıntı yoxdur, hava dumanlıdır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

18. Hacıqabul – Bəhramtəpə – Horadiz - Yolun Hacıqabul-Sabirabad-Saatlı hissəsində hissələrlə sulu qar və yağış yağır. Yolda nəqliyyat vasitələrinin hərəkəti normaldır.

aia.az



5190 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-10-2019
22-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031