Mobil versiya
Nazir: Azərbaycanda yeni iş yerlərinin açılmasına milyardlarla manat investisiya qoyulur
Tarix: 18-02-2019 | Saat: 12:59
Bölmə:İqtisadiyyat | çapa göndər

Nazir: Azərbaycanda yeni iş yerlərinin açılmasına milyardlarla manat investisiya qoyulur


2016-cı ildən indiyədək Azərbaycanda ümumi dəyəri 3 milyard manat olan 345 layihə investisiyaların təşviqi sənədi alıb.

Trend-in məlumatına görə, bunu “Vergilər. Şəffaflıq. İnkişaf” forumunda iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, bu layihələr 22 min yeni iş yerinin açılmasına xidmət edəcək.

Onun sözlərinə görə, investisiyaların təşviqi mexanizmi ölkənin qeyri-neft sektoruna özəl investisiyaların ciddi şəkildə artmasına yol açıb:

“Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində 2018-ci ümumi daxili məhsulda özəl sektorun payı 84 faizə, məşğulluq sektorunda isə 76 faizə çatıb”.

Ş.Mustafayev əlavə edib ki, 2015-ci ildən etibarən reallaşdırılan özəl sektorun inkişafı ilə bağlı yeni qərarlar dayanıqlı inkişaf baxımından strateji xarakter daşıyır və sahibkarlığın inkişafının yeni dövrünü xarakterizə edir:

“Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, 2021-ci ilədək sahibkarlıq sahəsində yoxlamalar dayandırılıb, lisenziyalaşdırılan sahibkarlıq sahələrinin sayı azaldılıb, prosedurlar sadələşdirilib. Bundan başqa, vergi, gömrük və sosial sistemlərdə islahatlar başlayıb”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024