Mobil versiya
Rüstəm İbrahimbəyov Bakıdadır - FOTO
Tarix: 18-02-2019 | Saat: 10:52
Bölmə:Gündəm | çapa göndər

Rüstəm İbrahimbəyov Bakıdadır - FOTO




Tanınmış kinorejissor, 2013-cü il prezident seçkilərində müxalifətin vahid namizədi olan Rüstəm İbrahimbəyov Bakıdadır. BakıPost-un məlumatına görə, Rüstəm İbrahimbəyov artıq 2-3 gündür Bakıdadır. Kinorejissor bu gün Azərbaycan Kinematorafçılar İttifaqının yığıncağına qatılıb. Günün sonunda isə verilən ziyafətdə iştirak edib.

Ziyafətdən çəkilən fotodan görünür ki, ziyafətdə Rüstəm İbrahimbəyovla yanaşı, bir sıra tanınmış şəxslər də yer alıb. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, tanınmış jurnalist Qulu Məhərrəmli və digərlərinin olduğu ziyafətdə Rüstəm İbrahimbəyov sağlıq deyir.

Qeyd edək ki, Rüstəm İbrahimbəyov uzun müddətdir Rusiyada yaşayır. 2013-cü il prezident seçkilərində Rüstəm İbrahimbəyovun Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədliyi irəli sürülsə də, sonradan Bakıya gələ bilmədi. Həmin vaxtdan sonra isə Bakıda olmayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024