Mobil versiya
Direktoru döyən aktyoru həbs gözləyir
Tarix: 18-02-2019 | Saat: 10:30
Bölmə:Karusel / Cəmiyyət / Seçilənlər-5 | çapa göndər

Direktoru döyən aktyoru həbs gözləyir


Məktəb direktorunu döyən "Drakon" ləqəbli aktyor Rza Rzayevə cinayət işi açılıb. BakuPost-un Musavat.com-a istinadən məlumatına görə, Rza Rzayevə Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılan araşdırmadan sonra Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxsin əməli sübuta yetirilərsə, onu üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

İş baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.

Xatırladaq ki, aktyor Rza Rzayevlə 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev arasında uzun müddətdir davam edən qalmaqal sonradan əlbəyaxa dava ilə nəticələnmişdi.

Rzayevin direktoru döyməsinə dair məlumatlar və görüntülər sosial şəbəkələrdə yayılmışdı.

Hadisə Nizami Rayon Məhkəməsinin qarşısında baş vermişdi.

Bildirək ki, bir neçə ay əvvəl qohumunun işdən çıxarılmasına etiraz edən Rza Rzayev bu qərarını dəyişməsi üçün məktəbə gedərək direktor Tural Mirzəyev ilə mübahisə etmişdi.

Hadisə 220 nömrəli məktəb-liseydə baş vermişdi. Belə ki, təhsil müəssisəsinin direktor müavini Zeynəb Rzayeva 29.01.2018-ci il tarixində direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib.

Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra özünü Zeynəb Rzayevanın qardaşı kimi təqdim edən Rza Rzayev direktorun yanına gələrək məsələni "həll eləməyə" çalışıb. Amma ortaya xoşagəlməz mənzərə çıxmışdı. "Drakon" məktəb direktorunun ünvanına nalayiq ifadələr səsləndirmişdi.

Bütün bu olanlar direktorun xidməti otağında açıq şəkildə quraşdırılmış video kameradan görüntülənmişdi.

Bu qalmaqal məhkəmə müstəvisinə çıxmış və tərəflər bir-birindən şikayətçi olmuşdular.

Məhkəmə iclasında sonra tərəflər arasında yenidən mübahisə düşüb. Rza Rzayev məktəb direktorunu döyüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024