Mobil versiya
Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları nə vaxtadək tam tətbiq olunacaq?
Tarix: 16-02-2019 | Saat: 15:44
Bölmə:Gündəm | çapa göndər

Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları nə vaxtadək tam tətbiq olunacaq?


Bakıda 2019-cu il iyulun 1-dək yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi üzrə birinci mərhələnin başa çatdırılması planlaşdırılır.

Trend-in məlumatına görə, bu məsələ Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan "Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki"ndə qeyd olunur.

Bu aparatların iri ticarət mərkəzləri, şəbəkə sistemli marketlər və yanacaqdoldurma məntəqələrində quraşdırılması nəzərdə tutulur.

Nəzarət-kassa aparatları Gəncə və Sumqayıtdakı şəbəkə sistemli marketlər və yanacaqdoldurma məntəqələrində iyulun 1-dək, ölkə üzrə iri ticarət mərkəzlərində isə oktyabrın 1-dək quraşdırılmalıdır.

İkinci mərhələnin reallaşması isə birinci mərhələ ilə paralel aparılacaq və oktyabrın 1-dək davam edəcək. Bu müddət ərzində kassa aparatları ixtisaslaşmış qaydada avtomobil satışını həyata keçirən vergi ödəyiciləri, şadlıq evləri, mebel satışı üzrə ixtisaslaşmış müəssisələrdə tətbiq olunacaq.

Üçüncü mərhələ 2020-ci il yanvarın 1-dək yekunlaşacaq. Bu mərhələ çərçivəsində yeni nəzarət-kassa aparatları bütün ölkə üzrə əlavə dəyər vergisi ödəyicilərinin pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektlərində (obyektləri) quraşdırılacaq.

Dördüncü mərhələ isə 2022-ci il dekabrın 31-dək başa çatacaq. Bu mərhələdə aparatların Bakı, Gəncə və Sumqayıtdakı digər pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektlərində (obyektləri) 2022-ci il aprelin 1-dək, bütün ölkə üzrə isə həmin ilin sonunadək tətbiq olunacağı nəzərdə tutulur.

Qeyd edək ki, bu Qrafik təsdiq edilənədək vergi uçotuna alınmış vergi ödəyiciləri tərəfindən istismar edilən nəzarət-kassa aparatları Qrafikdə müəyyən edilmış müddətədək istifadə edilməli və qeyd edilən müddətdən sonra həmin nəzarət-kassa aparatları Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən, Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulması nəzərdə tutulan nəzarət-kassa aparatları ilə əvəz edilməlidir.

Bu Qrafik təsdiq edildikdən sonra yeni uçota alınan təsərrüfat subyektlərində (obyektlərində) Qrafikə uyğun olaraq quraşdırılacaq nəzarət-kassa aparatları Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verməli və Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşularaq istifadə edilməlidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024