Mobil versiya
Nazir günərzi mərkəzindəki uşaqlara baş çəkdi
Tarix: 16-02-2019 | Saat: 12:06
Bölmə:Manşet / Gündəm | çapa göndər

Nazir günərzi mərkəzindəki uşaqlara baş çəkdi


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevlə birgə nazirliyin sifarişi ilə rayonda yaradılmış günərzi qayğı mərkəzinə baxış keçiriblər. aia.az-ın nazirliyə istinadən məlumatına görə, mərkəz çətin həyat şəraitində olan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların sosial xidmətlərə çıxışının təmin edilməsi, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması məqsədi ilə yaradılıb.

Burada 30-dan çox uşaq gündəlik olaraq və gün ərzində yarımstasionar formada xidmətlərlə təmin edilir. Onların bacarıqlarının artırılması üçün müvafiq işlər aparılır. Bunun üçün uşaqların maraq və qabiliyyətləri nəzərə alınmaqla müxtəlif dərnəklər yaradılıb. Azyaşlıların vaxtlarının səmərəli keçməsi məqsədilə onlar üçün müxtəlif mədəni tədbirlər, ekskursiyalar, əyləncə mərkəzlərinə gəzintilər də təşkil olunur.

Mərkəzdə yaradılmış şərait, göstərilən günərzi qayğı xidmətləri nəzərdən keçirilib. S.Babayev göstərilən sosial xidmətlərdə yeni və daha səmərəli metodların tətbiqi, bu xidmətlərin əsasən reabilitasiya istiqamətində təşkili, əməkdaşların peşəkarlıq səviyyələrinin artırılması və s. barədə tapşırıqlarını verib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024