Mobil versiya
ATU-da V Bakı-Malatya Orqan Transplantasiya Günləri konfransı başladı
Tarix: 15-02-2019 | Saat: 12:44
Bölmə:Səhiyyə / Seçilənlər-5 | çapa göndər

ATU-da V Bakı-Malatya Orqan Transplantasiya Günləri konfransı başladı




Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında (TCK) V Bakı-Malatya Orqan Transplantasiya Günləri konfransı başlayıb. Konfrans ATU-nun I cərrahi xəstəliklər kafedrasının 100 illik yubileyinə həsr olunub.

Konfrans öz işinə Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səslənməsi ilə başladı.

ATU-nun TCK-nın direktoru, professor Surxay Hadıyev açılış nitqi ilə çıxış edərək, artıq ənənə halını almış Bakı-Malatya Orqan Transplantasiya Günlərinin mahiyyətindən danışdı. O qeyd etdi, bu tip konfransların keçirilməsi təhsil sahəsinin, eləcə də, səhiyyənin inkişafı üçün çox önəmlidir: “Baxmayaraq ki, artıq 5-ci konfrans keçirilir, hər dəfə maralı mövzular müzakirəyə çıxarılır, bu sahədə əldə edilən uğurlar və yeniliklər barədə məlumat verilir. Bu baxımdan konfransın əhəmiyyətini xüsusi qeyd etmək istərdim”.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev konfransın işini yüksək qiymətləndirdi. Onun sözlərinə görə, bu tədbirin sözügedən kafedrada peşəkar kadrlarının hazırlanmasında da böyük rolu var: “Mən Tibb Universitetində oxuyarkən, bu kafedranın artıq şöhrəti universitetin hüdudlarından kənara yayılmışdı. Sevindirici haldır ki, bu, indi də davam edir. Bu gün Azərbaycanda tibb, səhiyyə sahəsi çox inkişaf edib və etməkdədir. Konfransın işinə uğurlar diləyirəm”.

Malatya Universitetinin professoru, qaraciyər transplantasiya şöbəsinin rəhbəri Sezai Yılmaz konfransın bilik mübadiləsi aparmaq baxımından önəmini qeyd etdi: “Bu tip tədbirləri təşkil etmək çox çətindir. Amma biz artıq qarşılıqlı olaraq, 5-ci konfransı keçiririk. Bu konfransı tibb sahəsinin inkişafı üçün mühüm hadisə hesab edirəm. Çünki transplantologiya olduqca həssas sahədir”.

ATU-nun I cərrahiyyə xəstəliklər kafedrasının müdiri, translantoloq, professor Nuru Bayramov çıxış edərək, kafedranın fəaliyyəti, Cərrahiyyə Klinikasında transplantologiya şöbəsində aparılan əməliyyatlar, yeniliklər haqqında ətraflı məlumat verdi.

Konfransda azərbaycanlı mütəxəssislərlə yanaşı, türkiyəli uzmanlar da iştirak edib. İki paneldən ibarət konfransın birinci hissəsinə professorlar Surxay Hadıyev və Sezai Yılmazın sədrlik edib. Birinci paneldə professor Tevfiq Tolqa Şahin "Marginal greftlərdə maşın perfuziyası və müalicəsi”, professor Adil Başkıran "Qaraciyər transplantasiyası və hamiləlik”, dosent köməkçisi doktor Veysel Ersan "Qaraciyər transplantasiyasında immunosupressiya protokolu”, Ruslan Məmmədov "Qaraciyər transplantasiyasında mikro-RNA-nın klinik əhəmiyyəti – erkən nəticələr” mövzularında çıxış ediblər.

Professorlar Tevfik Tolga Şahin və Nuru Bayramovun sədri olduqları ikinci paneldə Sevinc Salahova "Qaraciyər transplantasiyasında dalaq və qreft elastoqrafiyasının əhəmiyyəti”, dosent köməkçisi doktor Cemalettin Koç "Postransplantasiya – çətin hallar”, professor Sezai Yılmaz "Xenotransplantasiya”, dosent Volkan İnce "Erkən mərhələdə hepatosellüler xərçəngdə rezaksiyon, yoxsa transplantasya” mövzularında məruzə ediblər.

Qeyd edək ki, konfrans iştirakçılarına Səhiyyə Nazirliyi tərəfindən 7 Davamedici Tibbi Təhsil Balı veriləcək.

aia.az








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024