Mobil versiya
ATU-da Startapla bağlı seminar keçirilib
Tarix: 14-02-2019 | Saat: 17:23
Bölmə:Səhiyyə | çapa göndər

ATU-da Startapla bağlı seminar keçirilib



Azərbaycan Tibb Universitetində 2019-cu ilin 7-8 fevral tarixlərində startap qrupunun tələbələri üçün “İnnovativ ideyaların biznesə çevrilməsi” mövzusunda 2 günlük seminar keçirilmişdir. İki gün davam edən seminar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 10 yanvar tarixli 881 saylı “Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” sərəncamdan irəli gələn öhdəliklərin həyata keçirilməsinə həsr olunmuşdu.

Seminarın əsas mövzusu startap və innovativ inkişafin ideyası və onun məqsədləri, həyata keçirilməsi, bu layihələrin gələcəkdə biznesə çevrilməsi ilə bağlı iştirakçılara ətraflı məlumatların verilməsindən ibarət idi. Seminarda ictimai səhiyyə üzrə mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Nabil Seyidov startap layihələrinin beynəlxalq təcrübədə uğurla həyata keçirilməsi haqqında ətraflı məlumat verdi. O, səhiyyə sahəsində həyata keçirilən çoxsaylı startap layihələrindən misallar gətirərək tələbələrdə təsəvvür yaratdı. Nabil Seyidov təqdimatdan sonra tələbələrlə startap haqqında hərtərəfli diskussiya apardı.

Tədbirdə, həmçinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Layihələr ilə iş sektorunun aparıcı məsləhətçisi Anar Cəfərov, həmin nazirliyin Elektron təhlükəsizlik xidmətinin Fərdi məlumatlarla işin tənzimlənməsi sektorunun müdiri Bəhram Cəfərli də çıxış etdilər. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları startap layihələrinin cəmiyyətə və icraçılara verdiyi faydalara toxunaraq, hər kəsin bu layihələrdə iştirak edərək uğur qazanmaq imkanlarından danışdılar. Fondun nümayəndələri Fond tərəfindən startap layihələrinə göstərilən dəstək, maliyyə mexanizmləri, qrant müsabiqələrində iştirak və güzəştli kreditlərin verilmə qaydaları haqqında tələbələrə ətraflı məlumat verdilər. Nümayəndələr səhiyyə sahələri üzrə startap layihələri ilə bağlı tələbələrin verdikləri bütün suallara aydınlıq gətirdilər.

Sonda “Mednoti” və “Sağlam Həyat Platforması” startaplarının icraçıları İlqar Tağıyev və Şahlar Paşayev öz fəaliyyətləri, əldə etdikləri təcrübələr, layihələrin faydaları, İnformasiya Texnologiyaları İnkişaf Dövlət Fondunun onlara göstərdiyi maddi və informasiya dəstəyi barədə təqdimat etdilər.

Tədbir gedişatında ATU-nun elmi-tibbi koordinatoru Sevil Əsədova 2018-ci ildə ATU-da 5 nəfər tələbədən ibarət Startap komitəsinin təşkil olunduğunu, bu komitənin facebook səhifəsinin fəaliyyət göstərdiyini diqqətə çatdırdı. O, qeyd etdi ki, ATU-da startaplarla bağlı işlərin aparılmasına baxmayaraq, startapa dəstək verən dövlət təşkilatlarınının nümayəndələrinin iştirakı ilə belə tədbir ilk dəfə keçirilir.

aia.az











Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə