Mobil versiya
ŞOK: Bakıda məşhur qızıl alverçisini öz qızı və qohumları öldürüb
Tarix: 7-01-2016, 10:58 | Saat: 15:47:00
Bölmə:Hadisə / Manşet2 / Karusel | çapa göndər

ŞOK: Bakıda məşhur qızıl alverçisini öz qızı və qohumları öldürüb


Bakıda qızıl alverçisini xüsusi amansızlıqla qətə yetirən şəxslər tutulub.

Aia.az-in məlumatına görə, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxsin mərhumun qızı Günel Hüseynova olduğu müəyyən edilib.

G.Hüseynova saxlanılıb. Araşdırmalar zamanı o da məlum olub ki, G.Hüseynova hadisəni tək törətməyib. Qətldə G.Hüseynova ilə birgə onların daha bir neçə qohumu iştirak edib. Həmin şəxslər də artıq saxlanılıb.

Qeyd edək ki, yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında yaşayan 1960-cı il təvəllüdlü Məryəm Namidzadənin xüsusi amansızlıqla öldürülmüş meyiti yaşadığı evdə aşkar edilib.

M.Namidzadənin qızı Günel Hüseynova izahatında evdən ona məxsus 30 000 ABŞ dolları dəyərində qızıl əşyaların oğurlandığını bildirib.

Məryəm Namidzadə Bakıdakı məşhur "Jewellery” zinət əşyaları mağazasının sahibi olub.



5888 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-11-2019
19-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930