Mobil versiya
“Kitab ƏDV-dən azad edilməlidir” - “Bu, ən vacib məsələlərdəndir”
Tarix: 12-02-2019 | Saat: 17:31
Bölmə:Gündəm | çapa göndər

“Kitab ƏDV-dən azad edilməlidir” - “Bu, ən vacib məsələlərdəndir”


"Bu gün Azərbaycanda ən vacib məsələrdən biri kitab və mətbəə məhsulları üzərindən Əlavə Dəyər Vergisinin tamamilə ortadan qaldırılmasıdır”.

BakuPost xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Milli Məclisin iclasında deyib. Millət vəkili bildirib ki, ən yüksək ƏDV Azərbaycandadır: "Ən yüksək ƏDV bizdədir, yəni 18%. Halbuki Türkiyədə bu rəqəm 8% olmasına rəğmən bunu çox hesab edərək tamamilə ortadan qaldırırlar. Qonşu Gürcüstanda bu vergi ümumiyyətlə yoxdur. Orada kitabdan, çap avadanlıqlarından, hətta ölkəyə xaricdən gətirilən kitablardan ƏDV tutulmur. Belorusda isə bütün kitab mağazaları kirayə haqqından azaddırlar. Çünki bu dövlətlərdə kitabın əlçatanlığı və oxuyan cəmiyyət hədəfi qarşıya qoyulub. Məgər bizdə savadlılığın səviyyəsi o dərəcədə yüksəkdir ki, bunu ehtiyac duymuruq? Adam həm aldığı kağıza vergi ödəyir, ardınca bu kağızdan hazırlanan kitaba vergi ödəyir. Dünyanın hər yerində ümumi istehsal prosesindən bir dəfə vergi alınır, bizdə isə hər mərhələdən vergi alınır. Üstəlik də xaricdən gətirilən kitaba görə də 9% gömrük rüsumu alınır. Ölkədə kitab statistikası da ümumiyyətlə yoxdur. Nə qədər kitab nəşr olunur, tiraj nə qədərdir, nə qədər tərcümə ədəbiyyatı var, nə qədər kitab satılır, nə qədər kitab xaricdən gətirilir, bütün bunlar rəqəmlərdə ifadə olunmur. Halbuki bu statstikaya görə xaricdə konkret ölkənin mütaliə səviyyəsi müəyyənləşdirilir və lazımi tədbirlər görürlər. Digər tərəfdən nəşriyyat kitabı satışa verən andan elektron qaydada vergi tutulur. Halbuki kitab satılmadığı halda vergini ödəyən nəşriyyat əvvəlcədən zərərə düşmüş olur”.

Millət vəkili hesab edir ki, kitab üzərindən vergi mütləq götürülməlidir:

"Kitab üzərindən ƏDV mütləq götürülməlidir. Əgər cəmiyyətin intellektual inkişafını istəyiriksə, əgər normal orta təbəqənin formalaşmasını istəyiriksə! Bu kitabın satış qiymətinə ən azı 20 % öz təsirini göstərəcək, kitab çapını, tərcüməni, xaricdən kitab gətirilməsini stimullaşdıracaq və kitab bazarını canlandıracaq. Fikrimcə, normal dini ədəbiyyat üzərindəki ifrat qadağa ortadan qaldırılmalıdır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə