Mobil versiya
Region – Quba Sosial-iqtisadi inkişafa dair dördüncü Dövlət Proqramının icrasına hazırıq
Tarix: 12-02-2019, 12:43 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə / Seçilənlər-2 | çapa göndər

Region – Quba Sosial-iqtisadi inkişafa dair dördüncü Dövlət Proqramının icrasına hazırıq




Bu deviz altında aia.az (Azərbaycan İnformasiya Agentliyi) xəbər və informasiya saytı yeni layihəsini həyata keçirir. Layihənin gedişində regionların üçüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramının yekunları və dördüncü Dövlət Proqramının icrasına hazırlıq işləri ilə bağlı rayon və bölgələrimizdə mövcud vəziyyət ətrafında araşdırmalar aparılacaq, əldə olunan uğur və nailiyyətlərdən, həmçinin görüləcək işlərdən bəhs olunacaq.

Layihənin bugünkü seçimi Quba rayonudur.

Quba rayonu Böyük Qafqazın şimal-şərqində, Azərbaycanın şimal şərqində Quba-Xaçmaz iqtisadi rayonunun tərkibində yerləşir. Şimal-şərq kənarı Samur-Dəvəçi ovalığına çatır. Cənub-qərb sərhəddi Baş Qafqaz silsiləsinin yan hissəsindən (Tufandağdan-Dübrar dağınadək) keçir. Baş Qafqaz silsiləsindən şimal-şərqdə ona paralel və çay dərələri ilə kəsilmiş Qaytarqoca silsiləsi, Yan silsilə, Qaynarca tirəsi və s. uzanır. Quba 1930-cu ildə Sovet hakimiyyəti Azərbaycan ərazisini inzibati ərazilərə bölən zaman rayon statusu almışdır.

Əhalinin sayı – 168 356 (2017-ci ilə olan məlumat) nəfər.

Sahəsi – 2574 km².

Əhalinin orta sıxlığı – 65 nəfər / kv km.

İnzibati mərkəzi – Quba şəhəri.

Regionların 3-cü sosial-iqtisadi inkişafı Dövlət Proqramında Quba rayonu üzrə nəzərdə tutulmuş bütün tədbirlər uğurla həyata keçirilib. Proqramın icrası illəri ərzindərayon daha da inkişaf edib, sakinlərin maddi rifah halı əhəmiyyətli dərəcədə yüksəlib.

Kənd təsərrüfatı mallarının istehsalı xüsusi diqqət mərkəzindədir



Son bir neçə ildə Qubada bir neçə əhəmiyyətli kənd təsərrüfatı mallarının istehsal müəssisələri istifadəyə verilib. O cümlədən, 2018-ci ildə rayonda “Qubaekoaqrar” Məhdud Məsuliyyətli Cəmiyyətinin zavodu fəaliyyətə başlayıb. Bu müəssisə sutkada 4 ton fındıq və 2 ton quru meyvə istehsalı gücünə malikdir. Müəssisədə meyvələrin qurudulması, fındığın qovrulması və qablaşdırılması, alma çipsi istehsalı xətləri quraşdırılıb. İstehsal olunan məhsulların daxili bazarla yanaşı, “Made in Azerbaijan” brendi adı altında xarici bazarlara, xüsusilə Rusiya və ərəb ölkələrinə ixracı nəzərdə tutulur. Zavodun xammala olan tələbatı Quba və ətraf rayonlardan tədarük edilən məhsullar hesabına ödəniləcək. Bu isə kiçik ailə təsərrüfatlarının inkişafına müsbət təsir göstərəcək və regionda yeni meyvə bağlarının salınmasına stimul yaradacaq.

Eyni zamanda, yetişdirilən meyvələr emal olunaraq xarici bazarlara çıxarılacaq ki, bu da regionun ixrac potensialının artırılmasına səbəb olacaq.

Həmçinin 2018-ci ildə Qubada “ABAD Factory” İstehsalat Kompleksinin açılışı olub. Kompleksdə bir dəfəyə 140 kiloqram quru meyvə, istehsal gücü saatda 110 kiloqram olan qənnadı məmulatı və 1200 banka olan kompot, gündəlik min litr süd və 600 kiloqram ət məhsulları istehsal edən 5 sahə fəaliyyət göstərəcək. Kompleksin hər istehsal sahəsində növbəlilik prinsipi əsasında 30 nəfərdən ibarət iki “ABAD”çı ailə çalışacaq.

DAİM sizinlə



Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə rayon və şəhər kənd təsərrüfatı idarələri əsasında Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) yaradılıb. DAİM-lərin yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işi gücləndirmək, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmaqdır. O cümlədən, ötən ilin sonlarından etibarən Quba Dövlət Aqrar İnkişaf Mərkəzi də fəaliyyətə başlayıb. Hazırda Quba Dövlət Aqrar İnkişaf Mərkəzində Kənd Təsərrüfatı Nazirliyi və onun tabeli qurumları (Baş Dövlət Texniki Nəzarət Xidməti, Dövlət Baytarlıq Xidməti, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti, Dövlət Fitosanitar Xidməti, Aqrar Elm və İnnovasiya Mərkəzi) tərəfindən bitkiçilik, heyvandarlıq və texniki nəzarət xidmətləri üzrə, ümumilikdə, 68 növ xidmət göstərilir. Quba DAİM-in əməkdaşlarının sayı 53 nəfərdir. Qurumun tərkibində bir laboratoriya və mərkəz fəaliyyət göstərir. Quba Regional Aqrokimya Laboratoriyası əkinəyararlı torpaqların aqrokimyəvi tədqiqatlarını, pasportlaşmasını və kartoqramların hazırlanmasını həyata keçirir. Quba Regional Toxum Sertifikatlaşdırma Mərkəzində isə toxumluq əkinlərin aprobasiyası təşkil edilir, toxumların keyfiyyət göstəriciləri müəyyənləşdirilir və sertifikatlaşma aparılır.

Turizm rayon iqtisadiyyatının böyük potensiala malik sahəsidir

Bu gün Qubanın qeyri-adi, ecazkar təbiət guşələri nəinki yerli turistlərin, həm də artıq xarici qonaqların da sevimli istirahət yerinə çevrilib. Təsadüfi deyil ki, Quba respublikamızın ən böyük turizm məkanlarından biridir. Son illər Qubaya istirahət üçün üz tutan qonaqların sayı da artıb. Şəhərin küçələrində, park və xiyabanlarında, mədəniyyət və tarixi abidələrin qarşısında tez-tez xarici turistlərə rast gəlmək olur. Xüsusilə yay aylarında ərəb ölkələrindən, Türkiyə, Rusiya, ABŞ, Fransa, İngiltərə, Almaniya, Gürcüstan, İsrail, Polşa, Çexiya və Pribaltika ölkələrindən gələn qonaqlar daha çox olur. Təbii ki, bu həm də rayon ərazisində abadlıq-quruculuq işlərinin də yüksək səviyyədə həyata keçirilməsilə əlaqədardır. Məlum olduğu kimi, 2017-ci ildən Quba Rayon İcra Hakimiyyətinə başçı təyin olunmuş cənab Ziyəddin Əliyev ümumilikdə rayonun inkişafına yeni bir dinamika gətirmişdir. O cümlədən, ötən müddət ərzində Qubada abadlıq-quruculuq işləri də xüsusilə böyük vüsət almışdır.



Bu gün rayon mərkəzindən ən ucqar dağ kəndlərinə belə uzanan rahat yollar turizmin inkişafı üçün də çox mühüm amildir. İl ərzində on minlərlə yerli və xarici turist rayona səfər edir. Turizm bu rayonun iqtisadiyyatı, adamların iş yeri deməkdir. Son illər rayonda yaradılmış infrastruktur turizmin inkişafına da təkan vermişdir. Rustov-Xanəgah-Girdəh, Rustov-Növdün-Şuduq, Rustov-Məcgə xacə, Rustov-Baxçalı-Yekdar avtomobil yolunun istifadəyə verilməsi yeni turizm istiqamətlərinin açılmasına səbəb olmuşdur.

Əldə etdiyimiz məlumatlardan bəlli olur ki, Ziyəddin Əliyevin rəhbərliyi altında Quba RİH-nin və digər yerli qurumların fəaliyyətləri bu ilin ilk günlərindən də yüksək dinamika ilə davam etməkdədir. Şübhə etmirik ki, qubalılar regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramını da eyni uğurla həyata keçirəcəklər

aia.az

Abbas Abbasov
Elbrus Bağırov



5165 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-04-2019
18-04-2019
«    Апрель 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
{sape_links}{sape_article}