Mobil versiya
Deputatlardan Zahid Orucun vəzifəyə gətirilməsinə REAKSİYA
Tarix: 12-02-2019, 11:31 | Saat: 15:47:00
Bölmə:Manşet / Siyasət | çapa göndər

Deputatlardan Zahid Orucun vəzifəyə gətirilməsinə REAKSİYA


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev millət vəkili Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. Bəs həmkarları Z. Orucun bu vəzifəyə təyinatını necə qiymətləndirir?

Millət vəkili Aydın Mirzəzadə BakuPost-a açıqlamasında bildirib ki, bu gün müasir siyasi texnologiya ilə işləyən, ictimai rəyi hərtərəfli və ciddi öyrənən tədqiqat mərkəzinə böyük bir ehtiyac vardı.

A. Mirzəzadə hesab edir ki, Prezident İlham Əliyev Sosial Tədqiqatlar Mərkəzinin yaradılması ilə ictimai sistemdəki bu boşluğu doldurub: "Həmkarım Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsini çox müsbət qarşılayıram. Zahid Oruc parlamentdə, ictimai həyatda çox fəal bir insandır. Siyasi baxışları, analizləri həmişə dövrün düzgün tədqiqinə və proseslərin izahı ilə bağlı cəmiyyətdə maarifçilik işinin aparılmasına yönəlib. Heç bir şübhəm yoxdur ki, Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzində işləri yüksək səviyyədə qura biləcək. Azərbaycanın adına layiq, müasir siyasi texnologiyalarla işləyən bir tədqiqat mərkəzinin fəaliyyətini izləyə biləcəyik”.

Millət vəkili Asim Mollazadə də Z. Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsini yüksək qiymətləndirilib: "Bu, çox gözəl bir qərardır, işlərində uğurlar arzulayıram”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli BakuPost-a bildirib ki, yeni yaradılmış Sosial Tədqiqatlar Mərkəzi müasir dövrdə çox əhəmiyyətli qurumdur: "Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi isə çox təqdirəlayiqdir. O, dövlətçiliyə, azərbaycançılığa, Vətənə sadiq və hər zaman ədalət hissi yüksək olan bir insandır. Eyni zamanda araşdırmaçı və elmi təfəkkürə malik bir ziyalıdır”.


aia.az



5202 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

25-04-2019
24-04-2019
«    Апрель 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
{sape_links}{sape_article}