Mobil versiya
Azərbaycan səmasında uçan naməlum obyekt - VİDEO
Tarix: 11-02-2019, 10:07 | Saat: 15:47:00
Bölmə:Manşet / Maraqlı | çapa göndər

Azərbaycan səmasında uçan naməlum obyekt - VİDEO


Azərbaycan səmasında uçan naməlum obyekt qeydə alınıb. aia.az Xəzər TV-yə istinadən xəbər verir ki, uçan naməlum obyekt Bakı-Siyəzən avtomobil yolunun 95-ci kilometliyində yerləşən Beşbarmaq dağının yaxınlığında qeydə alınıb. Bu barədə həmin ərazidə olan vətəndaşlardan biri naməlum uçan obyektin fotosunu çəkərək sosial şəbəkədə paylaşıb. O iddia edib ki, fotoda əks olunan obyekt heç bir kompüter proqramı vasitəsilə montaj olunmayıb.

Görüntü ilə tanış olan astroloq Firudin Qurbansoyun sözlərinə görə, ərazidə mobil telefonla qeydə alınan həqiqətən də naməlum uçan obyekt olub. O, naməlum uçan obyektlərin bura gəlməsinə səbəb kimi isə bu ərazinin planetar enerji mərkəzi olmasını göstərir.

Firudin Qurbansoy bildirir ki, uçan naməlum obyektlər sürətlə gələrkən əvvəlcə arxalarında iz buraxırlar. Bu fotoda da həmin izlər əks olunub. Astroloq iddia edir ki, həmin ərazidə, yəni Beşbarmaq dağının yaxınlığında özü də bir neçə dəfə uçan naməlum obyekt görüb.

Qeyd edək ki, bundan əvvəl də iddialara görə, Azərbaycanın müxtəlif ərazilərində uçan naməlum obyektlərin görüntüləri qeydə alınıb.



aia.az




5144 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

25-04-2019
24-04-2019
«    Апрель 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
{sape_links}{sape_article}