Mobil versiya
Bakı Metropolitenində YENİLİK - məhdudiyyət aradan qaldırılır
Tarix: 11-02-2019 | Saat: 10:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakı Metropolitenində YENİLİK - məhdudiyyət aradan qaldırılır


Bakı Metropolitenində vətəndaşların qəbul vaxtları ilə bağlı məhdudiyyətlər aradan qaldırılacaq.

Bu haqda "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən aia.az-a verilən məlumata bildirilib.

2018-ci il ərzində QSC-də rəhbər işçilər tərəfindən 662 vətəndaşın və 1022 metropoliten əməkdaşının qəbulu həyata keçirilib. Vətəndaşların qəbulu zamanı qanunla müəyyən edilmiş qaydada və müddətdə müraciətlərə baxılır, yerində həlli mümkün olan məsələlərlə bağlı struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilir.

Qeyd edilib ki, vətəndaşların qəbulunun təşkilində müəyyən nöqsanlar var.

Bu səbəbdən işin daha effektiv aparılması, müraciətlərin obyektiv araşdırılması, cavablandırılması və vətəndaşların qəbulunun səmərəli təşkil edilməsi üçün cədvəllərdə qəbul vaxtları ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması istiqamətində müvafiq işlərə başlanılıb.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024