Mobil versiya
Polad Bülbüloğlu: “Neçə illər idi ki, bu körpünün arzusunda idik”
Tarix: 8-02-2019, 17:31 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Polad Bülbüloğlu: “Neçə illər idi ki, bu körpünün arzusunda idik”


"Neçə illər idi ki bu körpünün tikilməsinim arzusunda idik". Modern.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu gün Samur çayı üzərində tikilməkdə olan körpüyə baxış zamanı bildirib. Səfir qeyd edib ki, bura illərdir problemli ərazi idi:


"Bilirsiniz ki, burada həmişə böyük tıxaclar olurdu. Avtobuslar, avtomobillər saatlarla gözləyirdi, vətəndaşlar əziyyət çəkirdi. Şükürlər olsun ki, işlər başlayıb və yüksək səviyyədə davam etdirilir. Neçə illər idi ki, biz bu məsələni qaldırırdıq. Məsələ prezidentlər səviyyəsində daha sonra nazirlər səviyyəsində öz həllini tapdı".


P.Bülbüloğlu problemin həll olunması səbəbindən sevincli olduğunu vurğulayıb:


"Sevindirici haldır ki, problem həll olundu. Gürdüyünüz kimi, qızğın iş gedir. Mən də azərbaycanlı səfir olaraq buna çox sevinirəm. Sevinirəm ki, ölkələr arasında əlaqələr daha da genişlənib".


Qeyd edək ki, uzunluğu 325,3 m, eni 17, 3 metr olan körpünün tikintisinin bu ilin sonuna kimi yekulaşdırılması nəzərdə tutulur. Tikinti Rusiya və Azərbaycanın birgə maliyyəsi hesabına aparılır. Körpü iki zolaqdan ibarət olacaq, seysmik davamlığı isə 9 bal təşkil edəcək. Körpü 5 aşırımlıdır, həmçinin layihə çərçivəsində piyadalar üçün eni 3,75 metr ola qapalı piyada keçidinin tikilişi zolağı nəzərdə tutulub.

aia.az



5137 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

25-04-2019
24-04-2019
«    Апрель 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
{sape_links}{sape_article}