Mobil versiya
Mərdəkan-Qala avtomobil yolunun tikintisi yekunlaşıb
Tarix: 8-02-2019, 16:13 | Saat: 15:47:00
Bölmə:Ölkə | çapa göndər

Mərdəkan-Qala avtomobil yolunun tikintisi yekunlaşıb


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2018-ci il üçün tərtib edilmiş Tədbirlər Planına əsasən, 55 min əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Buzovna-Mərdəkan-Qala avtomobil yolunun 5.4 km-lik Mərdəkan-Qala hissəsinin bərpası yekunlaşıb.

Agentlikdən aia.az-a verilən məlumata görə, Buzovna-Mərdəkan-Qala avtomobil yolunun 8-13-cü km-liyini əhatə edən Mərdəkan-Qala hissəsi uzun müddət istismar olunduğuna görə, tam uzunluq boyu deformasiyaya uğramış, çoxlu çatlar əmələ gəlmiş, bir çox hissələrdə asfalt-beton örtük tamamılə dağılmışdı. Yol boyu çiyinlərin bərkidilməsi, həmçinin əhalinin təhlükəsiz hərəkəti üçün səkilərin inşasına zərurəti yaranmışdı. Bütün hərəkət iştirakçılarının rahat və maneəsiz hərəkətini təmin etmək istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolda kompleks tədbirlərə start verilib.

Hazırlanmış layihəyə uyğun olaraq avtomobvil yolunun II texniki dərəcəyə uyğun bərpa olunub. Kommunikasiya xətlərinin keçirilməsi üçün yolun altından 350 mm diametrində və 190 paqon-metr uzunluğunda ehtiyat borular atılıb. Yolun sağ tərəfində 520 mm-lik qaz kəməri yerləşdiyinə görə, əyrixətli metal tirlərdən mühafizə çəpərlərin tikilməsinə ehtiyac olduğu üçün yolun kənarına 2910 paqon-metr uzunluğunda əyrixətli dəmir tirlər və dirəklər quraşdırılıb. Bundan başqa, layihə boyu hərəkət hissəsinə yaxın olan 100 mm-lik 374 paqon-metr uzunluğunda qaz xətlərinin, 75 paqon-metr uzunluğunda isə su xətlərinin dəyişdirilməsi, bəzi hissələrdə 2100 kv.m mühafizə divarlarının tikilməsi işləri görülüb.

Tikinti norma və qaydalarına uyğun olaraq aparılan işlər zamanı yolun işıqlandırma sisteminin qurulmasına və yol birləşmələrinin təmirinə ehtiyac olduğu üçün, yol boyu 154 ədəd işıq dirəyi quraşdırılıb, 1200 kv.m sahədə yol ayrıcı və yol birləşmələri təmir edilib. Bərpa işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün 34 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılıb, 15 km uzunluğunda yolcizgi və yol göstərici xətlər, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılıb.

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında və yüksək keyfiyyətlə aparılıb.

aia.az



5124 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

25-04-2019
24-04-2019
«    Апрель 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
{sape_links}{sape_article}